Ölkə futbolu
Adeniyi: “Qəbələ”yə qayıtmağa məcburam”

“İcarə müddətim bir ay sonra başa çatacaq. Bu səbəbdən “Qəbələ”yə qayıtmağa məcburam” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu, hazırda İsrailin “Hapoel” (Kiryat Şimona) klubunda çıxış edən nigeriyalı Ceyms Adeniyi deyib.
O, bundan sonra “Qəbələ” ilə 1 illik müqaviləsi qaldığını sözlərinə əlavə edib: “Hələ ki, 1 illik müqaviləm var. Geri dönüb nə edəcəyimizə baxacağıq”.
Forvard yenidən “Hapoel”ə icarə verilə biləcəyi və ya transfer olunacağı ilə bağlı suallara da aydınlıq gətirib: “Mövcud vəziyyət elədir ki, bu barədə danışa bilmirəm. Gələcək mövzusunda bu dəqiqə heç bir fikrim yoxdur”.
Adeniyi daha az maaş qarşılığında “Qəbələ”də qalıb oynamaq ehtimallarını da dəyərləndirib: “Bu barədə danışa bilmərəm. Hər şeyi gələcək göstərər”.