Ölkə futbolu
“Qarabağ” bosniyalı futbolçu transfer edir

Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviç karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Qarabağ”a transfer oluna bilər.
Bu barədə “faktor.ba” saytı məlumat yayıb. Xəbərdə, Rahmanoviçin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə “Qarabağ”la müqavilə imzalamağa hazırlaşdığı bildirilir.
2017-ci ildən “Sarayevo”da çıxış edən Rahmanoviçin müqaviləsi 2021-ci ilin yayına qədərdi. Yarımmüdafiəçi bu mövsüm paytaxt klubunda 12 oyunda 3 qol və 4 məhsuldar ötürməylə yadda qalıb.
Rahmanoviç, daha əvvəl Serbiyanın “Novi Pazar”, Xorvatiyanın “İstra”, Sloveniyanın “Koper”, “Maribor”, “Çelje” kimi klublarının formasını geyinib.
- Ölkə futbolu23 saat əvvəl
FIFA “Futbolinfo”nun yazdığı kimi qərar verdi: Sezar millimizdə oynamayacaq
- Müsahibə20 saat əvvəl
Ramin Musayev: “Zirə” çempionluq üçün tam hazırdır”
- Milli komanda22 saat əvvəl
AFFA Nuriyevi Bakıya gətirdi
- Ölkə futbolu19 saat əvvəl
Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır