Milli komanda
Millimizin FİFA reytinqindəki mövqeyi açıqlandı

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, apreldə açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb.
Qonşu Türkiyə 1494 xalla 29-cudu.