Connect with us

Müsahibə

Ayxan Abbasov: “Avroliqada yerli futbolçularla da uğurlu ola bilərik”

-də paylaşıldı

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun “FutbolPress”ə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Rəsmi olmayan məlumatlara görə, “Sumqayıt” Premyer Liqanın ən aşağı büdcəli klubudu. Bu prosesi təsvir edərdiz: necə oldu ki, komandanı avrokuboka daşıdız?
– Bura gələndə ilk məqsədimiz yaxşı kollektiv formalaşdırmaq, mübariz komanda qurmaq idi. Keçən il də istəyimizə müəyyən qədər nail olmuşduq. Komanda çətin dönəmlər yaşasa, son pillələrdə qərarlaşsa da, sonda kubokun finalında oynadıq, çempionatı isə 6-cı yerdə başa vurduq. Bu mövsüm üçün həmin heyətin onurğa sütununu saxladıq, eyni zamanda yeni futbolçular axtardıq. Həm büdcə, həm oyunçu seçimi baxımından digər klublarla fərqlərimiz var. Məlumdu, bizdə yalnız yerli və Azərbaycana bağlılığı olan futbolçular çıxış edir. Seçimimiz az olsa da, çalışdıq ki, düzgün qərarlar verək. Bu mövsümün əvvəlindən “Sumqayıt”ın göstərdiyi oyuna rəğbət var idi, bunu eşidirdik, oxuyurduq. Gənc futbolçulara da ən çox biz üstünlük verirdik. Çünki mövsümün əvvəlində qarşımıza belə bir məqsəd qoymuşduq. Bu gün də onların çıxışı göz önündədi. Sadəcə, ötən mövsümdən başladığımız işi davam etdirdik və uğurlu olduq. Çempionat tam başa çatmasa da, 75 faizi bitibsə və komandamız 4-cü pillədə qərarlaşıbsa, mənə elə gəlir ki, işimizin öhdəsindən gəlməyi bacarmışıq.

– Gənclər, yalnız yerli oyunçular və əksərən digər klublara lazım olmayan futbolçular – “Sumqayıt”da uğurlu olmaq ikiqat çətindi?
– Mənim üçün ən önəmli məsələ futbolçuya inanmaqdı. Hər məşqçinin öz baxışı var. Ola bilər ki, hansısa futbolçu hardasa çox oynamasın, ancaq biz dəvət etdiklərimizin hər birinə inanmışdıq. Düz qeyd elədiz ki, bura gələnlərin çoxu ötən mövsüm az forma şansı qazananlar idi, biz risk etmişdik. Futbolçu oynamadıqca formasını bərpa etməsi də çətin olur. Ancaq onların ilk gündən istəyi, məşqlərə yanaşması məndə inamı artırırdı. Nəticə göstərdi ki, biz yanılmamışıq. Bu gün o futbolçular milləyə çağırıla bilərlər, digər komandalardan təklifləri olur. Sevinirik ki, doğru addımlar atmışıq.

– “Sumqayıt”ı avrokuboka aparmaq kimi şəxsi bir hədəfiniz olduğu bəlli idi. Bundan sonrası üçün məqsəd nədi?
– Bu il çempionat davam etsəydi və “Sumqayıt” Avropaya getməsəydi, bizim üçün böyük bir faciə olmayacaqdı. Qarşımıza sırf belə bir məqsəd qoymamışdıq. Bəli, sona qədər mübarizə aparacaqdıq. Həm kubokun yarımfinalında idik, həm çempionatda şansımız var idi. İstəyirik ki, klub ildən ilə inkişaf etsin. Bir mövsümlük komanda olmaq istəmirik. Azərbaycanda belə hallar çox olur, bir il yüksəkdə olursan, sonra düşürsən aşağı və s. Biz möhkəm bünövrə qoymaq istəyirik ki, klub ildən ilə irəliləsin. Avrokuboka vəsiqə qazandıqsa, bizim üçün böyük uğurdu. Orda yaxşı çıxış etmək üçün isə klub addımlar atmalıdı. İnanıram ki, “Sumqayıt” daha da inkişaf edəcək.

– Daha əvvəl çalışdığınız və hər zaman özünüzə doğma bildiyinizi söylədiyiniz “Zirə” “Sumqayıt”la eyni xal toplasa da, yekunda 4-cü sizin komandanız oldu. Maraqlıdı, belə bir məqamın “Zirə” ilə deyil, başqa bir klubla olmasını dahamı yaxşı hesab edərdiz, dahamı rahat olardız?
– Hansısa klub daha yaxın ola bilər, amma bu, rəqabətdi. Necə meydana çıxanda mübarizə aparırıqsa, bu da bir mübarizədi. “Zirə”ni başa düşürəm. Ancaq həqiqəti demək lazımdı ki, bu nə “Sumqayıt”ın istəyi ilə olub, nə də digər hansısa klubun. Pandemiyanın yaratdığı məcburi vəziyyətdi və bununla barışmalıyıq. Mövsümün əvvəlindən “Zirə” ilə mübarizə aparırdıq. Digər komandanın olması da mənim üçün eyni olardı, hər biri Azərbaycanındı. Reqlament var və ona uyğun qərar verilib. “Sumqayıt” ilk dəfə deyil ki, 4-cü sıradadı. Bunu bir təsadüf kimi təqdim etmək olmaz. Mövsümün böyük hissəsini 4-cü yerdə davam etdirmişik, şəxsi oyunlarda da rəqiblərimizdən geri qalmırıq. Ümumi mövsümü götürsək, məncə, “Sumqayıt” avrokuboka getməyi haqq edirdi.

– Klubun ilk uğurudu. Bunu davamlı etmək üçün sistem, baza varmı?
– Biz bir sistem qurmuşuq. Gənc futbolçularımız ötən il, bu il müəyyən təcrübə qazanblar. Dünən bir statistikaya baxıram, cavan oyunçularımız 13-14-15-17 oyuna çıxıblar və bu, məni sevindirir. Elə gənclərdi ki, növbəti mövsümlər də onlar limitə uyğun olacaqlar. Onlardan başqa təcrübəli futbolçularımız var. Həm oyun, həm xarakterləri ilə öz ağırlıqlarını ortaya qoydular və gənclərə kömək etdilər. Futbolda soyunub-geyinmə otağı çox önəmlidi. Orda təcrübəli futbolçuların böyük əməyi var. “Sumqayıt” bu mövsüm bir ailə idi, rəhbərlikdən tutmuş klubda çalışan hamıya kimi. Bir sistem qurmuşuq, üzərimizə düşən bunu davam etdirməkdi. İnanıram ki, rəhbərlik də bunu qoruyub saxlamaq üçün addımlar atacaq.

– Avqustda avrokubok mübarizəsi başlayacaq. Məqsəd nədi?
– Ora yaxşı hazırlaşmaq lazımdı, tamam başqa səviyyə və ayrı ab-havadı. Hansı klubla düşəcəyin əvvəldən bəlli olmur. Çempionatda nə vaxt kimlə oynayacağını bilirsən və ona uyğun hazırlaşırsan, hamını tanıyırsan. Amma avrokubokda 1 həftə, 10 gün vaxt olur püşkatmadan sonra. Belə məqamlar çətinlik yaradır. İnanıram ki, ölkədə vəziyyət yaxşılığa doğru gedəcək və yaxşı hazırlaşmağa imkan olacaq. Məqsədimiz “Sumqayıt”ı layiqincə təmsil etməkdi. Çempionatdakı əzmkarlığı göstərməliyik. Təcrübəsizik, klub olaraq ilk dəfə belə təcrübə yaşayacağıq. Futbolçuların əzmkarlığı ilə nəyəsə nail ola biləcəyimizə inanıram.

– Artıq bir mərhələ keçmək ölkədə uğur sayılmır…
– İlk dəfə iştirak edəcəyik. Hansı mərhələni keçsək, bizim üçün uğur olacaq.

– Təsnifat mərhələləri 1 matçdan ibarət olacaq. Bunu müsbət sayırsız, ya mənfi?
– Üstünlük də ola bilər, əksi də. Səfərdə düşəriksə, daha çətin olacaq. Xeyirlisi nədisə, o da olacaq. Əsas odu ki, Avropa Liqasında çıxış edəcəyik.

– İki həftəlik sərt karantin elan edilib və bu müddətin uzadılacağı istisna deyil. Belə durumda necə hazırlaşmaq olar?
– Karantin olmasaydı da, futbolçuları istirahətə göndərmək istəyirdik. Həm havaların çox isti olması, həm virusun belə geniş yayılmasına görə bir təhlükə var. Futbolçulara 15-20 gün istirahət vermək niyyətimiz var idi. İnanıram ki, 2-3 həftə ərzində ölkədə vəziyyət müsbətə doğru dəyişəcək. Buna uyğun planımızı qurub, hazırlığa başlayacağıq. Bu 2-3 həftə ərzində klubda bütün suallara da aydınlıq gələcək, futbolçularla danışıqlar olacaq, yeni müqavilə məsələləri dəqiqləşəcək.

– Vəziyyət dəyişməsə, necə addımlar atmağı düşünürsüz?
– Digər ölkələrin təcrübəsində gördük ki, karantinin sərt vaxtı klublara öz bazalarında məşq etmək üçün icazə verilmişdi. Klublar Avropa arenasında Azərbaycanı təmsil edəcəklər. İnanıram ki, hansısa bir şərait yaradılacaq.

– Federasiyanın bununla bağlı dövlətə müraciət etməsinə ehtiyac görürsüz?
– Biz və digər avrokubok iştirakçıları bu turnirlərdə mütləq oynamalıyıq. Ancaq 1 həftə məşq etməklə oyuna çıxa bilmərik. Ən yaxşısı odu ki, vəziyyət müsbətə doğru dəyişsin və bütün klubların rahat məşq etmək imkanı olsun. Əks halda, müəyyən bir şərait yaradılmalıdı.

– Aleksey İsayevin artıq Rusiya klubu ilə müqavilə bağladığı deyilir, Əmir Ağayevin gedişi gündəmdədi və hər ikisi əsas heyət üzvüdü. Ümumiyyətlə, transfer məsələləri ilə bağlı suallara aydınlıq gəibmi?
– Bizim onsuz da geniş heyətimiz yoxdu. Gənclərlə ehtiyat qüvvə formalaşdırmışıq. Heç kimi itirmək istəmirik. Alekseylə Əmirdən başqa da adı digər klublarla çəkilən digər futbolçular var, onlar da təklif alıblar. Bu, bir tərəfdən bizi sevindirir. Deməli, “Sumqayıt”da nəyəsə nail olublar, diqqət çəkiblər. Amma məndə olan məlumata görə, hələ hansısa digər klubla müqavilə bağlayan yoxdu. Danışıq aparmaları isə normaldı. Futbolçularımız öncə bizi gözləyir, bizimlə danışıq aparmaq istəyir, bundan sonra qərar verəcəklər. İnanıram ki, klub futbolçularla dil tapacaq.

– Çempionatdan fərqli olaraq avrokubokda yalnız yerlilərlə uğur qazanmaq çətindi. Legioner istəyirsiz?
– “Qarabağ” ilk ilində bir legionerlə pley-offa kimi yüksəlmişdi. Ona görə də bu fikirlə razı deyiləm ki, yerli futbolçularla uğur qazanmaq mümkünsüzdü. Əlbəttə, legioner olması üstünlükdü, ancaq “Sumqayıt” çempionatda yerlilərlə uğur qazana bildi. Bugünkü duruma, klubun büdcəsinə görə gedib hansısa ucuz legioner gətirməkdənsə, öz oyunçularımıaz güvənmək daha yaxşı olar. Yerli futbolçularla da Avropa Liqasında uğurlu ola bilərik.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-04-21 20:50

“Bərbad oynamağımız mənə təsir etdi”

Ölkə kuboku2021-04-21 20:43

“Yarımfinala layiq matç alındı” – Rəşad Sadıqov

Ölkə kuboku2021-04-21 20:30

“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-04-21 19:57

Futbol hakimi koronavirusa yoluxdu – Türkiyədə

Ölkə futbolu2021-04-21 18:41

“Kasımpaşa”nın futbolçusu milli komandamızda

Ölkə futbolu2021-04-21 18:09

Azərbaycan millisi Divizion klubuna darmadağınla qalib gəldi

Ölkə futbolu2021-04-21 17:42

“Ukrayna millisindən dəvət gözləyə bilməzdim” – Nuriyev

Digər2021-04-21 17:22

2075 yeni yoluxma, 32 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Dünya futbolu2021-04-21 16:20

Avropa Super Liqası: “Yuventus” da ayrıldı

Dünya futbolu2021-04-21 15:44

“Milan” da Avropa Super Liqasından imtina etdi

Milli komanda2021-04-21 15:29

“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”

Ölkə futbolu2021-04-21 15:01

“Çempionatı daha yüksək pillədə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”

Dünya futbolu2021-04-21 14:45

“İnter” və “Atletiko” da Super Liqanı tərk etdi

Dünya futbolu2021-04-21 14:26

İngilislər Avropa Klublar Birliyinə qayıtmaq istəyir

Dünya futbolu2021-04-21 13:58

Türkiyə klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-04-21 13:25

Almaniya və Braziliya eyni qrupa düşdü – Tokio-2020

Dünya futbolu2021-04-21 12:41

Macarıstan çempionu bəlli oldu

Dünya futbolu2021-04-21 12:18

UEFA İngiltərə klublarına Super Liqadan çıxmaq üçün pul təklif edib?

Dünya futbolu2021-04-21 12:02

Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Gündəm