Connect with us

Müsahibə

“7-ci yerdə olsaydıq da, eyni sözü deyərdim” – Boyoviç

-də paylaşıldı

“Keşlə”nin müdafiəçisi Miyuşko Boyoviçin futbolinfo.az-a müsahibəsi

– “Keşlə” ilə yeni müqavilə imzaladın…
– Birincisi, “Keşlə”yə təşəkkür edirəm. Çünki onlar mənə inanırlar və düşünürlər ki, mən komandanın növbəti proyektlərində vacib hissələrdən biriyəm. Mən həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışacam və bacarıqlarımla “Keşlə”nin uğurunda pay sahibi olmaq üçün oynayacam. Həmçinin ailəm Bakıda xoşbəxtdir və bizim üçün hər şey qaydasındadır.

– Geridə qalan 1 ili özün üçün necə dəyərləndirirsən?
– Son mövsüm çox yaxşı alındı. Şəxsi olaraq mənim üçün uğurlu il oldu. Bizim yaxşı oyunçularımız var və birlikdə hədəfə doğru irəlilədik. Artıq Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparacağıq. Bunun üçün əlimizdən gələni etməyə hazırıq.

– Hər halda Premyer Liqanı tam uğurlu saymaq olmaz. Çünki mövsüm yarımçıq dayandırıldı…
– Mənim fikrimcə, mövsümün dayandırılması yaxşı qərar idi. Bunu əvvəl də demişdim. Yalnız bir düzgün qərar var idi ki, mövsüm ləğv edilsin. Əgər mənim komandam turnir cədvəlində 7-ci pillədə də olsaydı, yenə eyni sözü deyərdim.

– Yeri gəlmişkən, Avropa Liqasında təsnifat mərhələsi 1 oyundan ibarət olacaq. Bu oyunlarınıza təsir edəcək?
– Əgər iyulun 6-da məşqlərə start versək, hazırlığımız üçün 6 həftə olacaq. Bu müddət Avropa Liqasına hazırlaşmağa kifayət edər. Təsnifat mərhələlərinin bir oyundan ibarət olması çətinlik yaradacaq. Çünki başlanğıcda hansısa komanda top formasında olmaya bilər və bu oyuna təsir edər. Lakin oyunçuların sağlamlığı bu gün daha önəmlidir və hazırlaşmaq daha vacibdir.

– Oyun təcrübəsi baxımından əziyyət çəkəcəksiniz…
– Biz hər vəziyyətə hazır olmalıyıq. Baş məşqçi və məşqçilər heyətinin hər vəziyyət üçün planları mövcuddur. Lakin yoldaşlıq matçlarının rəsmi oyunlara o qədər də təsiri olduğunu düşünmürəm. Rəsmi matçlar həmişə çətin keçir. Xüsusilə ilk oyunlar ağır olur.

– Slavik Alxasov komandadan ayrıldı. Necə düşünürsən, onun yeri görünəcək?
– Sözsüz ki, sizin dediyiniz doğrudur və onun yeri görünəcək. Dünən onunla danışdıq və Slavik haqqında fikirlərimi özünə də dedim. Onun üçün kapitan və oyunçu kimi darıxacağıq.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 02:08

“Barselona”dan səfərdə inamlı qələbə

Dünya futbolu2021-03-07 01:58

“Arsenal” evdə xal itirdi

Dünya futbolu2021-03-07 01:41

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-03-07 00:23

“Bavariya” “Borussiya”ya 4 qolla qalib gəldi

Dünya futbolu2021-03-06 21:59

“Beşiktaş”dan növbəti qələbə

Dünya futbolu2021-03-06 21:11

Hakimi yumruqla vuran futbolçuya 5 illik cəza – VİDEO

Digər2021-03-06 20:44

Cəbrayılın Papı kəndi – VİDEO

Digər2021-03-06 20:27

Azərbaycanda koronavirusa 353 yeni yoluxma

Ölkə futbolu2021-03-06 20:17

“Zirə” fransız hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-03-06 18:24

“Sportinq”də baş məşqçi ilə yeni müqavilə

I Divizion2021-03-06 17:48

17-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-03-06 17:25

Növbəti M(penza)E(ssyen)H(onda) dalğası

I Divizion2021-03-06 17:12

“Sabah”a Şeydayev da kömək edə bilmədi, “Turan Tovuz” yenə xal itirdi

Premyer-liqa2021-03-06 16:49

“Qarabağ” – “Sabah” matçının vaxtı açıqlandı

Digər2021-03-06 15:57

Zəngilanın Qaradərə kəndi – VİDEO

Dünya futbolu2021-03-06 15:29

Mesut Özilin durumuna aydınlıq gəldi

Ölkə futbolu2021-03-06 14:28

Ramil Şeydayev əvəzedici komandaya göndərildi

Dünya futbolu2021-03-06 13:53

Qızı dünyaya gəldiyi üçün derbidə iştirak edə bilməyəcək

Ölkə futbolu2021-03-06 13:17

Yusuf Laval: “Hədəfimiz də hər qarşılaşmadan qalib ayrılmaqdır”

Premyer-liqa2021-03-06 13:02

“Özümü xoşbəxt hiss edirəm” – Filip Ozobiç

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Gündəm