Connect with us

Ölkə futbolu

“İstəmərəm ki, “Qarabağ”da 14 nömrə əbədiləşdirilsin” – Rəşad Sadıqov

-də paylaşıldı

Bir neçə gün əvvəl karyerasını bitirən “Qarabağ”ın və Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov “Report”un suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil:

“Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də, bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim. Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra “Qarabağ”ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir”.

Rəşad Azərbaycan Premyer Liqasında oynamaqla bağlı çətinlik çəkmədiyini söyləyib: “Ətrafımda olan çox insan deyirdi ki, Azərbaycan çempionatında 2-3 il oynaya bilərsən”.

Sadıqov “Qarabağ”da 14 nömrəli formanın ona görə əbədiləşdirilməsini istəmədiyini də bəyan edib. Müdafiəçi buna layiq olmağın çətinliyini bildirib. Sadıqov Azərbaycanda hələ ki, forması əbədiləşdiriləcək oyunçunun olmadığını sözlərinə əlavə edib: “İstəmərəm ki, “Qarabağ”da 14 nömrə əbədiləşdirilsin”.

Sabiq kapitan ölkə xaricində məşqçi kimi işləmək istədiyini də etiraf edib. Sadıqov bunun üçün ingilis dilini öyrənməyi qarşısına şərt qoyduğunu bildirib. Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: “Amma bu yetərli deyil. Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm”.

Rəşad bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovla keçirilən görüşündən də danışıb: “Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu. Aramızda belə görüşlər tez-tez olur. Bu, birinci və axırıncı görüş deyil: Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələrni olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər”.

Millimizin sabiq kapitanı hazırda bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasından da danışıb:

“Bu virus elədir ki, yoluxmamaq üçün tövsiyələrə riayət etmək lazımdır. Amma yenə də yoluxa bilərik. Ünsiyyətdə olduğum insanları və getdiyim yerləri azaltmışam. Xüsusən də sərt karantin dönəmində. Bu, gözə görünməyən xəstəlikdir. Kimsə evdəki yaxınlarını, əzizlərini də yoluxdura bilər. Deyilən tövsiyələrə, qoyulan qaydalara maksimum riayət etmək lazımdır. Bunun başqa çıxış yolu yoxdur. Digər ölkələr var idi ki, onlarda vəziyyət çox kritik idi. İndi baxırıq ki, yaxşılığa doğru gedirlər. Bizə də tövsiyə olunan onların etdikləridir. Xəstəliyin hələ peyvəndi yoxdur ki, kimsə qarşısını alsın. Amma təminat da yoxdur ki, xəstəliyə yoluxmayacağıq. Allah millətimizi bu xəstəlikdən qorusun, tezliklə çətin günləri geridə qoyaq”.

Sadıqov deyib ki, hazırkı dönəmdə birlik və bərabərliyə çox ehtiyac var: “Hamı bir nöqtəyə vurmalıdır, qərar nədirsə, ona uyğun addımlar atılmalıdır. Pərakəndəlik olsa, problemin həlli uzanacaq”.

Təcrübəli oyunçu virusa inanmayan insanlar barədə də danışıb: “İlk periodlarda qohumlarımdan xəstələnənlər var idi, artıq sağalıblar. Kimsə mənim yalan danışacağımı təsəvvür etməz, qohumlarımdan da xəstələnən olub, dostlarımdan da. Onlar xəstəliyi ağır keçirmədilər. Virus var, kimsə xəstələnir və ölürsə, “yoxdur” deyən şəxs məsuliyyət daşıyırmı? Düşünürmü ki, hansısa şəxs mənim sözümə inanar, fikir verməz, xəstələnər və hansısa yaxınını yoluxdurar, o da dünyasını dəyişər. Kimsə inanmırsa, məsləhətim odur ki, sussun, danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. 2 aydır ki, onları görmürəm. Onların yanına getməkdən ehtiyat edirəm, özümdən qoruyuram. Evdən bayıra çıxmırlar. Deyilənlərə görə virus daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-02-27 19:40

Braziliyada mövsümün ən yaxşıları bəlli oldu

Dünya futbolu2021-02-27 18:43

İtaliya klubunda koronavirusa yoluxma

Digər2021-02-27 17:38

Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alınıb

Dünya futbolu2021-02-27 17:18

Paytaxt klubunda ciddi itki

Müsahibə2021-02-27 16:02

“Sürpriz hər zaman mümkündür” – Rizvan Fərzəliyev

Dünya futbolu2021-02-27 14:57

Adriano Qallianidə koronavirus aşkarlandı

Dünya futbolu2021-02-27 13:31

Alisson atasının dəfninə gedə bilməyəcək

Dünya futbolu2021-02-27 12:42

Fransa millisinin sabiq üzvündən Meksika klubu ilə 3 illik müqavilə

Dünya futbolu2021-02-27 12:02

Millimizin rəqibində yeni məşqçi

Dünya futbolu2021-02-27 11:31

Xavidən Qətər klubu ilə 5-ci kubok

Digər2021-02-27 10:47

Qubadlının Əfəndilər kəndi – VİDEO

Ölkə futbolu2021-02-27 10:29

Rəfiyevin karyerasına qurban verilən “Qəbələ”

Dünya futbolu2021-02-27 10:10

Fransa klubu yeni baş məşqçisinin adını rəsmən açıqladı

Dünya futbolu2021-02-27 09:52

Ozan Canın komandası səfərdə uduzdu

Dünya futbolu2021-02-27 09:33

DÇ-2022-yə görə İngiltərə millisindən imtina etdi

Ölkə futbolu2021-02-27 09:17

Teletabloda PFL izi

Dünya futbolu2021-02-27 09:00

Super Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

Dünya futbolu2021-02-27 01:59

“Levante”dən “Atletik”lə heç-heçə

Dünya futbolu2021-02-27 01:55

“Renn” “Nitsa”ya evdə uduzdu

Dünya futbolu2021-02-27 01:33

“Verder” “Ayntraxt”ı məğlub yola saldı

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm