Connect with us

Müsahibə

Kanales: “Neftçi”ni həmişə zirvədə görmək istəyirəm”

-də paylaşıldı

Bu gün “Neftçi”nin veteran futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur.

Futbolinfo.az xəbər verir ki, 1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində “Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.

Klubun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib.

– Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiz?
– Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu çox üzücüdür. Çilidə aprel ayından etibarən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.

– Artıq karyeranızı başa vurmusuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
– Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.

– Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
– Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. “Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.

– Ümumiyyətlə, “Neftçi” sizə nə verib?
– “Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, “Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. “Neftçi” mənə böyük ad qazandırıb.

– “Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
– “Qarabağ”la “Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, Milan “İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.

– “Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
– Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. “Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.

– Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısız?
– Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq ilyarımdır oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.

– Siz “Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsız. Onlara nə demək istərdiniz?
– Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir “Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyuram və hər birinə qucaq dolu salam göndərirəm.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-02-27 19:40

Braziliyada mövsümün ən yaxşıları bəlli oldu

Dünya futbolu2021-02-27 18:43

İtaliya klubunda koronavirusa yoluxma

Digər2021-02-27 17:38

Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alınıb

Dünya futbolu2021-02-27 17:18

Paytaxt klubunda ciddi itki

Müsahibə2021-02-27 16:02

“Sürpriz hər zaman mümkündür” – Rizvan Fərzəliyev

Dünya futbolu2021-02-27 14:57

Adriano Qallianidə koronavirus aşkarlandı

Dünya futbolu2021-02-27 13:31

Alisson atasının dəfninə gedə bilməyəcək

Dünya futbolu2021-02-27 12:42

Fransa millisinin sabiq üzvündən Meksika klubu ilə 3 illik müqavilə

Dünya futbolu2021-02-27 12:02

Millimizin rəqibində yeni məşqçi

Dünya futbolu2021-02-27 11:31

Xavidən Qətər klubu ilə 5-ci kubok

Digər2021-02-27 10:47

Qubadlının Əfəndilər kəndi – VİDEO

Ölkə futbolu2021-02-27 10:29

Rəfiyevin karyerasına qurban verilən “Qəbələ”

Dünya futbolu2021-02-27 10:10

Fransa klubu yeni baş məşqçisinin adını rəsmən açıqladı

Dünya futbolu2021-02-27 09:52

Ozan Canın komandası səfərdə uduzdu

Dünya futbolu2021-02-27 09:33

DÇ-2022-yə görə İngiltərə millisindən imtina etdi

Ölkə futbolu2021-02-27 09:17

Teletabloda PFL izi

Dünya futbolu2021-02-27 09:00

Super Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

Dünya futbolu2021-02-27 01:59

“Levante”dən “Atletik”lə heç-heçə

Dünya futbolu2021-02-27 01:55

“Renn” “Nitsa”ya evdə uduzdu

Dünya futbolu2021-02-27 01:33

“Verder” “Ayntraxt”ı məğlub yola saldı

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm