Dünya futbolu
Misirin 3 klubu çempionatda iştirakdan imtina etdi

Misirin üç futbol klubu çempionatda iştirakdan imtina edir.
Futbolinfo.az xəbər verir ki, “Zəmələk”, “İsmaili”, “Əl-Məsri” klubları koronavirus səbəbiylə dayandırılan ölkə çempionatının bərpasından sonra oyunlarda iştirak etməmək qərarına gəlib.
Məlumatı “Zəmələk” klubunun prezidenti Mortad Mənsur da təsdiqləyib. Hər üç klub koronavirusla bağlı yaranan vəziyyətin davam etməsi səbəbiylə belə addım atır.
Martda dayandırılan çempionat iyulun 25-də bərpa ediləcək.
- Milli komanda11 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa2 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu10 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa4 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”