Connect with us

Premyer-liqa

Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustda başlaya bilər

-də paylaşıldı

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start verilə bilər.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov yeni mövsümün planları ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb:

“Premyer Liqa və Azərbaycan Kuboku yarımçıq dayandırıldıqdan sonra verilən sualların 1-ci pilləsini “Yeni mövsüm nə vaxt başlayacaq?” sualı tutur. Bununla bağlı heç kimi qınamaq fikrim yoxdur. Çünki futbol dəqiq planı sevən oyundur, xüsusən də komandaların bu baxımdan tarix bilmələri vacibdir və çox əhəmiyyətlidir. Amma digər tərəfdən başa düşməliyik ki, biz qeyri-ənənəvi günlər keçiririk. Nəinki futbolda, ondan daha da önəmli sahələrdə sabaha ümid olsa da, dəqiq tarixlər yoxdur. Belə vəziyyətdə nələrsə etmək həqiqətən də çox çətindir.

Amma biz yenə də iş başındayıq. Məlum qərardan sonra artıq yeni mövsümün hazırlığına start vermişik. Bura bir çox məsələlər daxildir ki, bunu peşəkar liqaların pərdəarxası kimi qəbul edə bilərsiz. O ki qaldı ən çox verilən sualın cavabına. Aşağıda yazacağım mənim şəxsi fikirlərimdir və bunu burada yazmamışdan öncə rəhbərliyə bildirmişəm.

Ölkədə peşəkar liqaların keçirilməsində əsas məqsədlər arasında milli komandalara layiqli namizədlər yetişdirmək və avrokuboklara gedəcək komandalar üçün lazimi mühitin formalaşdırılması gəlir. Bildiyiniz kimi, 4 komandamız qarşıdakı avrokuboklarda iştirak edəcək. ÇL-in pley-off mərhələsi istisna olmaqla digər oyunların 1 görüşdən ibarət olması bir az işimizi çətinləşdirir. Nəzərə alaq ki, bizim üçün avrokuboklar mübarizəsi 18-19 avqustda ÇL-də başlanacaq, digər 3 komandamız isə avqustun 27-də Avropa Liqasında mübarizəyə qoşulacaq. Rəqiblərimiz müvafiq olaraq 9-10 avqust tarixlərində bilinəcək.

Daha sonra milli komandamız sentyabrın ilk ongünlüyündə iki rəsmi oyuna çıxacaq. Bütün bunlar üçün tələb olunan ilk vacib məsələ oyunçuların yarışlara hazır olması və praktika baxımından əziyyət çəkməməsidir. Bütün bunları eyni zamanda gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan AÇ oyunlarını əsas tutaraq hesab edirəm ki, biz Premyer Liqanı avqustun 2-ci həftəsindən gec olmayaraq başlamalıyıq. Sözsüz ki, bütün məqamlarda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələri, ölkədəki ümumi vəziyyət nəzərə alınmalıdı”.

Abbasov başqa bir təklifini də irəli sürüb: “Mövcud durumu nəzərə alsaq, klublarımızın ölkə xaricinə getməsi bir qədər çətin görünür. Onların çempionata qədər oyun praktikasını bərpa etmək üçün bir mini-turnirdə iştirakını uyğun hesab edirəm. Odur ki, klublar arasında ölkədəki vəziyyət nəzərə alınaraq, iyulun sonu-avqustun əvvəlində mini-turnirin keçirilməsi təkliflərimiz arasındadır. Reallaşacağı təqdirdə detalları ilə bağlı ətraflı danışmaq olar”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-24 09:43

Əliyev penaltini qola çevirdi, “Ufa” kubok matçında qələbə qazandı

Dünya futbolu2021-09-24 09:25

UEFA avrokuboklardan kənarda qalan klubları da sevindirəcək

Dünya futbolu2021-09-24 09:00

Messi “Mançester Siti” ilə oyunu buraxa bilər

Dünya futbolu2021-09-24 01:57

“Barselona” səfərdə xal itirdi

Dünya futbolu2021-09-24 00:44

“Napoli”dən darmadağın, “Roma”dan çətin qələbə

Dünya futbolu2021-09-23 23:53

“Fənərbaxça” qalib gəldi, “Trabzonspor” xal itirdi

Premyer-liqa2021-09-23 22:53

“Neftçi” bir itki ilə hazırlaşır

Dünya futbolu2021-09-23 22:21

60 yaşında meydana çıxan vitse-prezidentlə bağlı intizam işi açıldı

Dünya futbolu2021-09-23 22:01

“Barselona” türkiyəli futbolçu transfer etdi

Dünya futbolu2021-09-23 21:15

Sulşer Ronaldonu oynatmamasının səbəbini açıqladı

Ölkə futbolu2021-09-23 19:27

“Bu, yüklənmədən irəli gəlirdi” – Sezar Meza Kolli

Ölkə futbolu2021-09-23 18:52

Xayme Romero Barselonada əməliyyat olundu

Ölkə futbolu2021-09-23 18:21

“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

Ölkə futbolu2021-09-23 17:52

Samir Abasov: “Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik”

Dünya futbolu2021-09-23 17:36

Ukrayna millisinin sabiq hücumçusu karyerasını bitirdi

Ölkə futbolu2021-09-23 17:15

“Sanki Türkiyəyə gəlmişəm” – “Neftçi”nin legioneri

Digər2021-09-23 16:53

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-23 16:38

“Real”dan son 34 ildə ən yaxşı göstərici

I Divizion2021-09-23 16:14

Divizion klublarına xəbərdarlıq edildi

Premyer-liqa2021-09-23 15:54

“Qəbələ” 4 min manat məbləğində cərimələndi

Dünya futbolu2021-09-23 14:46

Runinin komandasının 12 xalı silindi

Premyer-liqa2021-09-23 14:23

Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

Milli komanda2021-09-23 14:08

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Müsahibə2021-09-23 13:51

Reynaldodan Azərbaycan haqqında məlumat alan Bezzera: “Deyilənləri anlayıram”

Dünya futbolu2021-09-23 13:34

UEFA Avropa çempionatının mükafat fondunu artırdı

Dünya futbolu2021-09-23 13:03

Benzema “200”ə çatdı, ilkə imza atdı

Ölkə futbolu2021-09-23 12:41

“Səni sevirəm, Emreli”

I Divizion2021-09-23 12:22

“Qarabağ”ın “Kəpəz”lə səfər matçının vaxtı açıqlandı

Ölkə futbolu2021-09-23 12:04

“Qəbələ” xahiş etdi, “Keşlə” ilə matçın vaxtı dəyişdi

I Divizion2021-09-23 11:43

“Qarabağ”ın məşqçisi: “Daha yaxşı işlər görəcəyik”

Dünya futbolu2021-09-23 11:26

“Qalatasaray” fanatları Terimin istefasını istəyir, o isə…

Dünya futbolu2021-09-23 11:00

Liqa 1 matçından sonra kütləvi dava – VİDEO

Dünya futbolu2021-09-23 10:46

“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

Dünya futbolu2021-09-23 10:31

Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu2021-09-23 10:17

“Qarabağ”ın rəqibi inamlı qələbə ilə zirvədə

Dünya futbolu2021-09-23 10:03

Krivotsyukun komandası Polşa kubokuyla erkən vidalaşdı

Dünya futbolu2021-09-23 09:42

Qurbanlının komandası 3 xalı 4 qolla qazandı

Dünya futbolu2021-09-23 09:24

Super Liqa tarixinin ən erkən qolu vuruldu

Müsahibə2021-09-23 09:00

“Hamı bir-birinin işinə hörmətlə yanaşmalıdır” – Aleksey İsayev

Dünya futbolu2021-09-23 02:02

“Real”dan darmadağın

Dünya futbolu2021-09-23 01:04

PSJ autsayderə qalib gəldi

Dünya futbolu2021-09-23 00:46

“Yuventus”dan ilk, “Milan”dan inamlı qələbə

Dünya futbolu2021-09-22 23:04

“Qalatasaray” darmadağına üzüldü

Dünya futbolu2021-09-22 21:40

Emreli qol vurdu, “Legiya” kubokda mərhələ adladı

Dünya futbolu2021-09-22 21:21

“Qarabağ”ın rəqibi kubokda darmadağına sevindi

Digər2021-09-22 21:05

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-22 20:45

“Bayern”də iki itki

Dünya futbolu2021-09-22 20:14

Messi, Ramos və Verratti PSJ-yə kömək edə bilməyəcək

I Divizion2021-09-22 19:46

“Qarabağ” qalib gəldi, “Turan” uduzdu

Milli komanda2021-09-22 19:20

Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olundu

Gündəm