Ölkə futbolu
Diniyev “Keşlə”yə gedir

“Keşlə” daha bir transferə hazırlaşır. Paytaxt klubu “Sabah”dan ayrılan Kərim Diniyevi heyətinə qatmaq niyyətindədi.
Futbolinfo.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi kimi oynamağı bacaran Kərim tezliklə “Keşlə” ilə rəsmi müqavilə imzalayacaq. Bakılılar bununla da yerli oyunçu ehtiyatını gücləndirəcək.
Diniyev baş məşqçi Tərlan Əhmədova tanış simadı. Vaxtilə AZAL-da birgə işləmiş cütlük uzun fasilədən sonra yenə eyni hədəfə köklənəcək.