Connect with us

Ölkə futbolu

Gerye agentinə qulaq asdığına görə peşmandı: “Neftçi”də oynayanda da Qurbanovla görüşmüşdüm”

-də paylaşıldı

“Qarabağ”ın köhnə-yeni futbolçusu Donald Geryenin futbolinfo.az-a müsahibəsi

– “Qarabağ”a qayıdışını necə şərh edərsən?

– Bazaya getdim və özümü orada xüsusi hiss etdim. Bilirsiniz bu, necə hissdir? İnsan bir yerdə doğulur və ayrılıqdan sonra ora qayıdanda özünü hiss etdiyi kimi hissdir. Xoşbəxt və möhtəşəm. Özümü evimdəki kimi düşünürəm.

– Sabiq klubun sənə nə zaman təklif göndərdi? “Neftçi”də çıxış edərkən bu təklif var idi, yoxsa sonradan göndərdilər?

– “Neftçi”dən ayrıldıqdan sonra menecerimlə söhbət etdim. Bir neçə təklifin olduğunu dedi. Türkiyədən müxtəlif təkliflər var idi. Lakin bilirsiz ki, Türkiyədə vaxtında maaş almaq çətindir. Maliyyə baxımından orada problemlər ortaya çıxır. Ən yaxşısı “Qarabağ”a keçmək idi. Çünki Ağdam klubu yaxşı komandadır, tanıyıram və evim kimidir. Maddi problemlər yoxdur, maaşlar vaxtında verilir. Həyat yoldaşım da bunu istəyirdi. Bir neçə futbolçu ilə danışdım, onlar da qayıtmağımı istəyirdilər. Hətta fanatlardan da yazanlar var idi. Danışdıq və düşündüm ki, qayıtmaq ən yaxşı variantdır. “Qarabağ”la müqavilə imzaladım.

– “Qarabağ”a ilk dəfə gələndə çox yaxşı çıxış edirdin. “Neftçi”də eyni performansı ortaya qoya bilmədin. Ağdam klubuna qayıdışında əvvəlki Geryeni görmək mümkün olacaq?

– Düzdür, ilk gəlişimdə çox yaxşı oynamışdım. Bunun üçün ailəmə, həyat yoldaşıma təşəkkür edirəm. Həmçinin kluba və Qurban Qurbanova təşəkkür edirəm ki, uğurlu günlər keçirdim. Yenə də əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Ümid edirəm ki, formamı yenidən bərpa edib meydanda əsl Donald Geryeni göstərəcəm.

– “Qarabağ” yenidən Çempionlar Liqasında oynayacaq…

– Mən müqavilə imzalamazdan əvvəl düşündüm ki, biz yenidən “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynaya bilərik. Bilirik ki, çətin olacaq və təsnifatlar bir oyundan ibarət olacaq. Qorxmasaq, çətinlik yaşamasaq, hər şeyi qazana bilərik. Çünki “Qarabağ” böyük komandadır. Pandemiyadan sonra komandanın pik formaya düşməsi vacibdir. Çalışacağıq ki, bunu edək və ÇL-də uğur qazanaq. Biz çox işləsək, çalışsaq, bunu bacaracağıq.

– Son mövsümü “Neftçi”də keçirdin və hazırda “Qarabağ”la bu komanda arasında prinsipallıq var. Bəzi azarkeşlər səni sevmir və qayıtmağını belə istəmirdilər. Özünü onlara yenidən sevdirə biləcəksən?

– Düşünürəm ki, bu, normaldır. Çünki “Neftçi”nin heyətində “Qarabağ”a qarşı çıxış edəndə azarkeşlər mənə etiraz edirdilər. Mən heç zaman onlara nəsə demədim. Çünki azarkeşdirlər və istədiklərini edirlər. Onlar məni fitə basanda belə gülürdüm ki, normaldır. “Qarabağ”da çıxış edirəmsə, hörmət edirlər, rəqibdə oynayıramsa, təzyiq göstərirlər. Bu, sıradan bir haldır. Mən komandaya da, futbolçularına da, azarkeşlərinə də hörmət edirdim. Çünki “Neftçi”də oynayan zaman “Qarabağ”ın futbolçuları ilə görüşürdük, danışırdıq, restoranda otururduq, gəzirdik. Biz hər zaman bir ailə kimi olmuşuq. Mahir Emreli, Abdulla Zubir, Filip Ozobiç və digərləri ilə danışırdıq. Biz qardaşıq, dostuq. Buna görə heç bir azarkeşə heç bir şey deməmişəm. Çünki mən “Qarabağ” ailəsinin bir hissəsi olmuşam. Əsl “Qarabağ” azarkeşləri məni sevəcəklər. Mən komandadan gedərkən də bəzi azarkeşlər məni sevirdi, bəziləri yox, indi də eyni vəziyyətdir. Buna qarşı edə biləcəyim heç bir şey yoxdur. Pis futbolçu olsaydım, Qurban Qurbanov məni geri qaytarmazdı. Komandaya xeyir vermək üçün burdayam.

– Qurban Qurbanovla görüşdünüz?

– Əlbəttə ki, danışmışıq. Sabah görüşəcəyik və hər şeylə bağlı danışacağıq. Amma ümumi olaraq hər şey qaydasındadır. Mən “Neftçi”də oynayanda da Qurban Qurbanovla görüşmüşdüm. Bu görüşün səbəbi o deyildi ki, “Qarabağ”a qayıtmaq istəyirəm. Sadəcə, o, yaxşı insan olduğu üçün görüşmüşdük. Qurban Qurbanov mənim üçün çox şey edib, uğurlarımda pay sahibidir. Onunla hər zaman münasibətimiz olub və hər zaman danışmışıq. Bu “Neftçi”də oynayanda da, ondan sonra da olub.

– “Qarabağ”dan gedərkən problemlə ayrılmışdınız. Bəs, necə oldu ki, geri dönə bildin?

– Mən keçmiş menecerimə qulaq asdığım üçün bu vəziyyət ortaya çıxmışdı. Razıyam ki, səhv etmişdim və ona qulaq asmışdım. Öz ailəmə, həyat yoldaşıma qulaq asmadım, lakin agenti dinlədim.

FƏRİD

Arxiv

Dünya futbolu2021-03-05 14:00

“Real”ın hücumçusu “Atletiko” ilə oyunu buraxacaq

Müsahibə2021-03-05 13:39

“Burda elə də böyük bir problem görmürəm” – Cavid İmamverdiyev

Dünya futbolu2021-03-05 13:34

Paytaxt klubunda yeni müqavilə

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Ölkə futbolu2021-03-05 12:45

Qəbələyə gedəndə keçmiş günlərini xatırlayan Abbasov: “Boş-boş xallar itirməsək…”

Dünya futbolu2021-03-05 12:29

Bruno Fernandesin millimizlə oyunda iştirak etməsini istəmir – Sulşer

Dünya futbolu2021-03-05 12:03

“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-03-05 11:35

“Liverpul”dan antirekord

Digər2021-03-05 11:00

Füzulinin Yuxarı Rəfədinli kəndli – VİDEO

Müsahibə2021-03-05 10:32

“Top fərqinin çox olması asan qələbə qazandığımız anlamına gəlməməlidir”

Dünya futbolu2021-03-05 10:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-03-05 09:33

“Fənərbaxça”da Mesut Özil şoku

Dünya futbolu2021-03-05 09:01

Premyer Liqa klubunun iki hücumçusu sıradan çıxdı

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Milli komanda2021-03-04 23:27

“Kişinyovdan da qələbə ilə dönəcəyik”

Dünya futbolu2021-03-04 22:08

“Fənərbaxça” evdə xal itirdi

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Gündəm