Dünya futbolu
“Qalatasaray”da Onyekuru şoku

“Qalatasaray” mövsümün qalan hissəsində nigeriyalı hücumçusu Henri Onyekurunun xidmətindən məhrum ola bilər.
Futbolinfo.az xəbər verir ki, buna 23 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Monako”nun məşqçilər korpusunun qəbul etdiyi qərar səbəb olub.
Belə ki, “Qalatasaray”ın bu ilin yanvarında icarəyə götürdüyü Onyekurunun İstanbul təmsilçisi ilə müqaviləsi iyunun 30-na qədər idi. Amma FİFA-nın koronavirus pandemiyasına görə qəbul etdiyi qərara əsasən, iyunda bitən müqavilələr mövsümün faktiki bitdiyi günə qədər qüvvədə qalmalıdı. “Monako”nun baş məşqçisi Roberto Moreno isə, Nigeriya yığmasının forvardının yeni mövsüm öncəsi təlim-məşq toplanışında iştirakını istəyir. Futbolçu artıq sözügedən klubun hazırlıq prosesinə dəvət olunub.
“Qalatasaray” isə oyunçunun mövsümün tamamına qədər komandada qalması üçün qarşı tərəflə danışıqları davam etdirir. Artıq klub bu məsələ ilə bağlı rəsmi açıqlama yayıb və futbolçuya, eləcə də “Monako”ya heç bir borcun olmadığını bəyan edib. Yaxın günlərdə bu məsələyə aydınlıq gəlməsi gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”ı Super Liqa çərçivəsində qarşıda daha beş oyun gözləyir. Onyekuru bu mövsüm İstanbul təmsilçisində 12 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
“Monako”nun çıxış etdiyi Fransa Liqa 1-də yeni mövsümə avqustda start verilməsi gözlənilir.
- Müsahibə6 saat əvvəl
“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı
- Ölkə futbolu7 saat əvvəl
Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib
- Ölkə futbolu6 saat əvvəl
“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
- Ölkə futbolu24 saat əvvəl
“Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir”