Dünya futbolu
“Real”dan “İnter”ə 45 milyon avroluq transfer

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib.
Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.
“İnter” 21 yaşlı oyunçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Madrid təmsilçisinin əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı var.
Hakimi son iki mövsümü Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Mərakeş yığmasının üzvü 2006-cı ildən “Real”ın futbol akademiyasına cəlb olunmuşdu.