Ölkə futbolu
Daha doğru ispan seçimi

“Sabah”ın məşqçi seçimi sevindirdi. Ona görə yox ki, əcnəbi təyinatıyla ən doğru qərarı veriblər, sevindirən məqam aldığımız ilk xəbərin tam doğru olmamasıdı.
Dünən paytaxt klubunun Raul Ruis Qonsales Riançoya tapşırıla biləcəyini yazmışdıq. Kiyev “Dinamo”sunda, Moskva “Spartak”ında yardımçı işləmiş ispanın heç yerdə baş məşqçi olmaması düşündürücü idi. Bu gün isə bəli oldu ki, “Sabah”ın yeni “sükançı”sı eyni yolu getmiş, amma daha sanballı karyerası olan və daha cavan Visente Qomesdi.
2 illik müqavilə bağlanan 48 yaşlı məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb. Həmyerlisi Raul Ruis Qonsales Rianço isə 2005-ci ildən başlayaraq vətənində “Ximnastika”, “Rasinq” və “Levante”nin fiziki hazırlıq üzrə məşqçisi işləyib. Daha sonra Rusiyada “Rubin”in məşqçilər korpusunda yer alıb, 2014-cü ildən Kiyev “Dinamo”sunda köməkçi kimi fəaliyyət göstərib. 2016-18-ci illərdə Ukrayna millisində baş məşqçi yardımçısı olan Rianço sonradan yenə Rusiyaya qayıdıb. 2018-ci ildə Moskva “Spartak”ının baş məşqçisi Massimo Karreranın yardımçısı olan 60 yaşlı ispan Visente Qomeslə müqayisədə məsləhət bilinməyən biri idi.
“Sabah” yeni məşqçi ilə yola çıxır. Ümid edirik, klubda son illər davam edən saysız məşqçi əvəzləmələri bununla yekunlaşar. Belə olsa, nəticələr sabitləşər, komandanın böyüməsi prosesi daha sürətlə gedər.
- Premyer-liqa17 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda2 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa18 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Digər22 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi