Dünya futbolu
Nəbiyevli “Viktoriya”dan növbəti məğlubiyyət

Futbol üzrə Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Usti nad Labem”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
- Milli komanda12 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa3 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu11 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa5 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”