Ölkə futbolu
“Neftçi”dən başsağlığı

“Neftçi” PFK-nın sabiq vitse-prezidenti İlqar Quluzadənin vəfat etdiyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, artıq paytaxt klubu da sabiq rəsmisinin vəfatı ilə bağlı məlumat paylaşıb.
“Neftçi” PFK sabiq vitse-prezidentinin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!