Dünya futbolu
“Sürix”in prezidentində də koronavirus aşkarlandı

İsveçrənin “Sürix” klubunun prezidenti Ançillo Kanepada koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda Kanepanın hazırda özünü yaxşı hiss etdiyi, onda xəstəliyin heç bir əlamətinin olmadığı diqqətə çatdırılıb.
Kanepa “Ksamaks”la 1:1 bərabərə qaldıqları çempionat matçı üçün komanda ilə birlikdə avtobusla Nevşatelə getdiyini söyləyib. O, bu səbəbdən test verdiyini və nəticənin müsbət olduğunu vurğulayıb.
Qeyd edək ki, daha öncə “Sürix”in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb. Bu üzdən də klubun bütün kollektivi hazırda karantinə alınıb, komandanın oyunları təxirə salınıb.
- Premyer-liqa17 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion24 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Premyer-liqa18 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Digər22 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi