Dünya futbolu
DÇ-2022-nin təqvimi müəyyənləşdi

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təqvimini açıqlayıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, turnirin açılış oyunu noyabrın 21-də, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. İlk oyun “Əl-Bayt” stadionunda baş tutacaq.
Mundialın final matçı isə dekabrın 18-də, saat 19:00-da başlayacaq.
Qrup mərhələsinin oyunları 21 noyabr-2 dekabr, 1/8 finalın matçları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.
- Premyer-liqa21 saat əvvəl
“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub
- Milli komanda18 saat əvvəl
Yığmamız Moldovaya 5 qolla qalib gəldi
- Müsahibə24 saat əvvəl
“Bir matç meydana çıxıb 5 oyun oynamasan, formada qalmaq olmaz” – Cavid Hüseynov
- Ölkə futbolu13 saat əvvəl
“Neftçi” Honda ilə danışıq aparır