Connect with us

Ölkə futbolu

“Neftçi TV” Azərbaycanda ilkə imza atdı – VİDEO

-də paylaşıldı

“Bir həftədir gecəmizi gündümüzə qatmışdıq ki, bu gün – iyulun 20-də yayıma çıxa bilək. Şükürlər olsun ki, bunu bacardıq. Azərbaycan tarixində ilk dəfə olaraq klub televiziyası fəaliyyətə başladı”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu gün fəaliyyətə başlayan klub televiziyası haqda danışarkən deyib.

Allahverdiyev qeyd edib ki, “Neftçi TV” azarkeşlərin istəklərini qarşılaya biləcək: “Hesab edirik ki, qarşımıza qoyulan məqsədi ən yüksək səviyyədə yerinə yetirə biləcəyik. Azarkeşlərimizin, bizi izləyənlərin istəklərini, gözləntilərini qarşılaya biləcəyik. Komandamız haqda tamaşaçılara operativ, maraqlı informasiyalar çatdıra biləcəyik. Klubun tarixi, akademiya ilə bağlı, ümumilikdə “Neftçi”nin fəaliyyəti haqda maraqlı verilişlər hazırlayıb təqdim edəcəyik və inanırıq ki, ortaya qoyduğumuz iş hər kəs tərəfindən bəyəniləcək”.

“Neftçi” rəsmisi bildirib ki, klub televiziyasının ilk iş gününü uğurlu hesab etmək olar: “Nə qədər hazırlaşsaq da, ilk gün olduğu üçün çox həyəcanlı idik. Xırda da olsa bəzi səhvlər var idi. Təbii ki, səhvsiz iş olmur. Çalışacağıq ki, xırda çatışmazlıqları da aradan qaldıraq, səhvləri təkrarlamayaq. Hesab edirəm ki, ilk yayım gününü uğurlu hesab etmək olar”.

Rüstəm Allahverdiyev “Neftçi TV”nin ilk gün üçün baxış sayını açıqlayıb, eləcə də “ağ-qaralı” fanatlara səslənib: “Zaman keçdikcə kanalımızdan gözləntilərimiz də, baxış sayımız daha da artacaq. İnanırıq ki, işimizlə izləyicinin diqqətini cəlb edə biləcəyik. Məhz bunun üçün də çalışırıq. Bayaq statistikaya baxdıq, ilk gün 3 mindən çox baxış olub. Bəlkə də başlanğıc üçün bu, böyük rəqəmdi. Lakin “Neftçi” üçün bu rəqəm kiçikdi. Odur ki, bütün azarkeşlərimizə səslənirəm. Qoy kanala abunə olmaqla “Neftçi TV”yə dəstək olsunlar. Biz də işimizlə onları razı salmaq üçün tam gücümüzlə çalışacağıq. Bu gün bu yolda ilk addımızı atdıq. İnanıram ki, çıxdığımız yol uzun olacaq və günü gündən “Neftçi TV”ni inkişaf etdirəcəyik”.

Sonda Rüstəm Allahverdiyev bildirib ki, klub rəhbərliyi də ilk gündəki işdən razılığını ifadə edib: “Təbii ki, rəhbərlik də yayımı izləyib. Onlar da ilk gündən razı qalıblar. İlk yayım gününə görə öz təşəkkürlərini bildirdilər. Klub rəhbərliyi də vurğuladı ki, “Neftçi TV” Azərbaycan tarixində bir ilkdi” (futbolxeber.az).

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-27 20:02

Rus futbolçu bıçaqlanaraq öldürüldü

Dünya futbolu2021-01-27 19:44

“Mançester Yunayted”də ayrılıq

Digər2021-01-27 19:19

Mesut Özil: “Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm” – VİDEO

Milli komanda2021-01-27 18:21

“Azərbaycandan uğurlu nəticə ilə qayıda bilərik”

Dünya futbolu2021-01-27 18:00

“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubu ilə anlaşdı

Ölkə futbolu2021-01-27 17:37

Gerye 20 min dollar cərimələndi

Ölkə futbolu2021-01-27 17:01

“Şimali Makedoniyaya yaxşı nəticə üçün yollanacağıq” – “Qəbələ”nin baş məşqçisi

Digər2021-01-27 16:42

Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlandı

Dünya futbolu2021-01-27 16:38

“Real”ın futbolçusu rəsmən “Arsenal”da

Ölkə futbolu2021-01-27 15:49

“Qəbələ”nin Gənclər Liqasındakı rəqibi bəlli oldu

Dünya futbolu2021-01-27 15:36

Kaqavanın yeni klubu bəlli oldu

Dünya futbolu2021-01-27 15:19

Fransız futbolçu rəsmən Premyer Liqa klubunda

Dünya futbolu2021-01-27 14:49

Rusiyalı hücumçu İtaliya klubunda – RƏSMİ

Müsahibə2021-01-27 14:16

“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı

Ölkə futbolu2021-01-27 14:00

“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı

Dünya futbolu2021-01-27 13:42

“Fənərbaxça”nın sabiq baş məşqçisi vəfat etdi

Ölkə futbolu2021-01-27 13:21

“Zirə”də 4-cü dubl

Ölkə futbolu2021-01-27 13:11

Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib

Digər2021-01-27 13:00

Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO

Premyer-liqa2021-01-27 12:40

“Qarabağ” – “Səbail” matçının hakimləri bəlli oldu

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?