Connect with us

Müsahibə

“Azərbaycan ölkə, cəmiyyət olaraq məni çox təəccübləndirdi”

-də paylaşıldı

Bir müddət öncə “Zirə”dən ayrılan Alvaro Ampuero müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “depor.com”a danışan perulu müdafiəçi, Azərbaycandakı karyerası, yaşayışı barədə danışıb:

– Azərbaycanda karantin rejimində necə yaşayırdınız?
– Azərbaycanda pandemiya ilə bağlı vəziyyət Peru ilə müqayisədə bir az yumşaq idi. Evdən çıxmamaq və insanların çox olduğu yerə getməmək tövsiyə olunurdu. Deyilənlərə əməl edirdim. Bir neçə gündür vətənimdəyəm və burada da eyni tələblərə riayət edirəm.

– Azərbaycanda qazadığınız təcrübə və yerli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
– Açığı, Azərbaycan ölkə olaraq məni xeyli təəccübləndirdi. Qısa zamanda hər şeyə uyğunlaşdım və rəqabət səviyyəsi yüksək olan liqa ilə qarşılaşdım. Çempionatda sürət yaxşıdır, iddialı komandalar var. Mövsümöncəsi hazırlıqda Avropa komandaları ilə oynadıq. Bu mənada mənim üçün müsbət il oldu.

– Qarşılaşdığınız ən qəribə hadisə nə oldu? Onlar həqiqətən oyunun fasiləsində namaz qılırlar?
– Bəli, ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə bunu görəndə təəccübləndim. Əgər əyləncə vaxtı namazla üst-üstə düşürsə, bunu elə oradaca edirlər.

– Ünsiyyət problemini necə həll etdiniz?
– Dilləri çox qəlizdir. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim.

– Gündəlik həyat tərziniz barədə də danışın…
– Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdur. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Sonradan onu çox bezdirməməyə çalışırdım (gülür).

– Komandanızda Cənubi amerikalılar çox idi?
– Paraqvaylı var idi, hansı ki, indi də dostuq. Daha iki futbolçu isə ispan dilində danışırdı. Biri haitili, digəri rumıniyalı idi.

– “Zirə” ilə müqavilə şərtləriniz necə idi?
– İcarə əsasında çıxış edirdim. “Deportivo Minisipial” ilə müqaviləm də başa çatdı. Pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldı.

– Azərbaycan karyerası sizə nə verdi?
– Düşünürəm ki, müdafiəçi keyfiyyətlərimi daha da yaxşılaşdıra bilərdim. Çünki hələ oyunlarımız qalmışdı. Komandamız hərdən 5 müdafiəçi ilə oynayırdı. Belədə baş məşqçi məndən daha çox müdafiəyəmeylli oynamağımı xahiş edirdi. Mən də öyrənməli olurdum.

– Komanda yoldaşlarınız İtaliya A Seriyasında oynadığınızı bilirdi?
– Ora gedəndə baş məşqçi bu barədə komandaya məlumat vermişdi. Tez-tez məndən İtaliya və Cənubi Amerika futbolu haqqqında soruşurdular.

– Onlar Perunun Rusiyada keçirilən dünya çempionatına çıxması barədə soruşurdular?
– Bundan xəbərləri var idi. Yığma üzvlərinin yaxşı oynadıqlarını deyirdilər. Hətta Peru millisindən düşündüyümdən çox futbolçunu tanıyırlar. Bizim futbolla çox maraqlanırlar, hətta çempionatımız barədə danışırlar.

– Siyahıda Paolo Gerrero və Cefferson Farfanın adları var idi?
– Onlardan başqa, Advinkulanı da tanıyırlar.

– Azərbaycandan qayıdışınız necə alındı?
– Ora inanılmaz ölkədir. Təklif olsa, yenidən Azərbaycanda oynayaram. Qayıtmağa gəlincə, bir yol tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-01-21 03:00

Fasilə bitdi, mübarizəyə davam – YENİLƏNİR

Dünya futbolu2021-01-21 02:29

“Vilyarreal” evdə xal itirdi

Dünya futbolu2021-01-21 02:22

Premyer Liqada Mançester klublarının günü

Ölkə futbolu2021-01-21 02:08

“Yuventus” Super Kuboku qazandı, Ronaldo tarixə keçdi

Dünya futbolu2021-01-21 01:54

“Lans” Marseldən qələbə ilə döndü

Dünya futbolu2021-01-21 01:34

“Bavariya”ya bir qol bəs etdi

Dünya futbolu2021-01-20 22:46

“Atalanta” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-20 22:08

“Qalatasaray” 3 xalı 6 qolla qazandı

Premyer-liqa2021-01-20 21:46

Premyer Liqada yeni ilin ilk təyinatları açıqlandı

Dünya futbolu2021-01-20 20:57

Liqa 1 matçına koronavirus əngəli

Dünya futbolu2021-01-20 20:38

“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-20 20:00

“Arsenal”da ayrılıq

Ölkə futbolu2021-01-20 19:28

“Neftçi” toplanışı başa vurdu

Digər2021-01-20 19:00

Kəlbəcərin Nadirxanlı kəndi – VİDEO

Dünya futbolu2021-01-20 18:30

Türkiyə klubunda yeni baş məşqçi

Dünya futbolu2021-01-20 18:00

“Qəbələ”nin sabiq hücumçusu Estoniya klubunda

Dünya futbolu2021-01-20 17:31

“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

Digər2021-01-20 17:00

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu

Ölkə futbolu2021-01-20 16:47

Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı

Dünya futbolu2021-01-20 15:29

UEFA 2020-ci ilin rəmzi komandasını açıqladı

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?