Ölkə futbolu
“Qəbələ” “Səbail”ə məğlub oldu

Qəbələdə təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Qəbələ” ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 1:2. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə hesabı 6-cı dəqiqədə penaltidən fərqlənən Rauf Əliyev açıb. 80-ci dəqiqədə Hendrik Ekşteyn bakılıların hesabdakı üstünlüyünü daha da artırıb. 88-ci dəqiqədə isə meydan sahiblərinin gürcü legioneri Merab Giqauri matçda yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəl ilk yoxlama görüşündə “Zirə” ilə qolsuz heç-heçə etmişdi.
Yoxlama oyunu
31 iyul
Qəbələ – Səbail 1:2
Qollar: Merab Giqauri, 88 – Rauf Əliyev, 6-pen. Hendrik Ekşteyn, 80.
- Müsahibə7 saat əvvəl
“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı
- Ölkə futbolu8 saat əvvəl
Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib
- Ölkə futbolu8 saat əvvəl
“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
- Digər9 saat əvvəl
Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO