Dünya futbolu
“Trabzonspor” Çempionlar Liqasına buraxılmadı – RƏSMİ

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun apellyasiya şikayətinə baxıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən avrokuboklardan bir illik kənarlaşdırılan Super Liqa təmsilçisinin cəzası qüvvədə qalıb.
CAS, “Trabzonspor”un dəlillərini yetərsiz, UEFA-nı haqlı sayıb. Bu isə o deməkdi ki, sözügedən komanda qarşıdakı mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək. Halbuki Super Liqada mövsümü ikinci pillədə başa vuran trabzonlular UEFA Çempionlar Liqasına vəsiqə qazanmışdılar.
Bu qərardan sonra “Trabzonspor”un əvəzində ÇL-də Super Liqanın bürünc mükafatçısı “Beşiktaş” mübarizə aparacaq. İstanbul klubu mübarizəyə təsnifat, çempion “Başakşəhər” isə qrup mərhələsindən başlayacaq. Avropa Liqasında mübarizə aparmalı olan “Beşiktaş”ı isə “Qalatasaray” əvəz edəcək. “Sarı-qırmızılar” bu turnirdə Türkiyənin digər təmsilçiləri “Sivasspor” və “Alanyaspor”la birgə mübarizə aparacaq.
Xatırladaq ki, UEFA “Trabzonspor”u maliyyə feyr-pleyi qaydalarına əməl etmədiyi üçün iyunda 1 illik avrokuboklardan kənarlaşdırdığını açıqlamış, Türkiyə klubu isə məsələni CAS-a daşımışdı.
- Müsahibə7 saat əvvəl
“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı
- Ölkə futbolu8 saat əvvəl
Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib
- Ölkə futbolu7 saat əvvəl
“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
- Digər8 saat əvvəl
Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO