Connect with us

Müsahibə

“Əlavə sponsorlarla da danışıqlar aparırıq” – “Qəbələ”nin prezidenti

-də paylaşıldı

“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovun müsahibəsi

– “Qəbələ” artıq iki yoxlama matçını keçirib. Komandanızın hazırlıq səviyyəsi sizi razı salır?
– Sözsüz ki, yox. Bu barədə danışmaq hələ tezdir. Məncə, ilk matçda daha yaxşı təsir bağışlamışdıq. Budəfəki oyunun ikinci hissəsində heyətimizin demək olar ki, hamısı gənclərdən – əksəriyyəti akademiyanın uşaqlarından ibarət idi. Bunlar yoxlama oyunlarıdır, əsas məsələ oyun üslubu, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək, futbolçuların yoxlanışıdır. Mənə elə gəlir ki, bu, meydanda görmək istədiyimiz “Qəbələ” deyildi. İnanıram ki, qarşıdakı yoxlama matçlarında komandamız formalaşacaq. Komplektləşmənin zamanı daha çox baş məşqçiyə aid məsələdir. Amma mənə elə gəlir ki, kifayət qədər vaxtımız var.

– Transferlərlə bağlı məsələ nə yerdədir?
– Bəzi oyunçularla danışıqlar aparırıq. Komanda komplektləşməlidir ki, artıq bundan sonra baş məşqçidən məzmunlu nə isə istəyə biləsən.

– Cavid Hüseynovun qayıdışı bir az gözlənilməz oldu…
– İnanıram ki, Cavidin komandaya köməyi dəyəcək. Buna inanmasaq, onu “Qəbələ”yə dəvət etməzdik. Hüseynovu, komandada daha çox baş məşqçimiz Elmar Baxşıyev görmək istədi. Hesab edirəm ki, Hüseynovun köməyini görəcəyik. Bəzi başqa futbolçularla da danışıqlar gedir. Yaxın günlərdə bununla bağlı açıqlamamız olacaq.

– Keçmiş futbolçularınızdır?
– Bəli, keçən il heyətimizdə olanların bəziləri ilə danışıqlar gedir.

– AFFA İcraiyyə Komitəsi “Qəbələ”yə 1,5 milyon manat vəsait ayırdı. Bu yardım klubunuzu nə dərəcədə problemlərdən çıxara biləcək?
– İlk növbədə, AFFA rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür edirəm. Bu məbləğ sözsüz ki, komandanı tam formalaşdırmağa kifayət etməz. Əlavə vəsait üçün danışıqlar aparılır. Yəqin ki, müəyyən qədər də vəsait əldə edəndən sonra bacardığımız qədər, büdcəyə uyğun yaxşı komanda quracağıq.

– Kimlə danışıqlar aparırsınız?
– AFFA ilə danışqılar yekunlaşdı, məbləğ də ayrıldı. Başqa sponsorlarla danışıqlar aparırıq. Bunlar keçənilki sponsorlardır, əsas məbləğlə bağlı danışıqlar gedir.

– AFFA-nın ayırdığı vəsaitdə göstərilib ki, məbləğ uşaq futboluna yönəldilməlidir. Belə çıxır ki, bu vəsaitdən əsas komanda üçün istifadə edə bilməcəyəksiniz?
– Bildiyim qədərilə, bu, tövsiyə xarakterlidir. Yəqin ki, “Qəbələ”ni nəzərdə tutmurlar. Çünki onsuz da bacardığımız qədər bu işi görürük. “Qəbələ” üçün prioritet məsələlərdən biri akademiya, uşaq futboludur. Maksimum çalışacağıq ki, akademiyamız da o məbləğin daxilində yer alsın, onlara da kifayət qədər məbləğ ayılsın. Bunu bacardığımız qədər edəcəyik.

– Akademiyanın rəhbəri Halim Fıçıcı ilə bağlı məsələ nə yerdədir Belə söz-söhbət gəzir ki, onunla da yollar ayrılacaq?
– Hələ bununla bağlı tam qərar verməmişik. Akademiya ilə bağlı məsələlərin müzakirəsi üçün kifayət qədər vaxtımız var. Yenə də hər şey komandanın büdcəsinin formalaşmasından asılıdır. Hansısa maddi vəsait əldə edə bilsək, buna uyğun da akademiya və əsas komandanı qurmaq məcburiyyətindəyik.

– Türkiyəli mütəxəssisin “Qəbələ”də qalma ehtimalı nə qədərdir?
– İndidən dəqiq bir şey bilmirəm. Səmimi deyirəm ki, bu məsələ büdcədən asılıdır. (qol.az)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-15 20:43

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-01-15 20:15

Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Dünya futbolu2021-01-15 19:31

Millimizin sabiq futbolçusu “Hapoel”də

Dünya futbolu2021-01-15 19:00

Ueyn Runi baş məşqçi təyin olundu

Ölkə futbolu2021-01-15 18:22

“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

Dünya futbolu2021-01-15 17:58

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

Digər2021-01-15 17:34

Ağdamın Qasımlı kəndi – VİDEO

Digər2021-01-15 17:15

Azərbaycanda koronavirusa 349 yeni yoluxma

Dünya futbolu2021-01-15 16:52

Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı

Ölkə kuboku2021-01-15 16:33

Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Müsahibə2021-01-15 16:19

“Ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir” – Şakir Qəribov

Dünya futbolu2021-01-15 16:00

Poçettino PSJ-də nə qədər qazanacaq?

Ölkə futbolu2021-01-15 15:37

“Sumqayıt” – “Qəbələ” matçında heç-heçə – VİDEO

Dünya futbolu2021-01-15 15:18

Belçika millisində tarixin ən yaxşı futbolçusu

Ölkə futbolu2021-01-15 14:54

ÇSKA Kramarenkonu istəyir

Dünya futbolu2021-01-15 14:34

Berluskoni xəstəxanaya yerləşdirildi

Ölkə futbolu2021-01-15 14:05

“Sabah”da daha bir ayrılıq

Milli komanda2021-01-15 13:52

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

Ölkə futbolu2021-01-15 13:31

“Sumqayıt” növbəti transferini açıqladı

Digər2021-01-15 13:21

Cəbrayılın Böyük Mərcanlı kəndi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Ölkə futbolu2021-01-04 19:03

Samir Abasovun “Neftçi TV”yə açıqlaması – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?