Connect with us

Müsahibə

Matiç “Qarabağ”a gələrkən Beqoviçlə məsləhətləşib

-də paylaşıldı

“Qarabağ”ın yeni transferi Uroş Matiç müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Ağdam klubundan təklif alanda Asmir Beqoviçlə məsləhətləşdiyini deyib:

– Yeni komandanızda özünüzü necə hiss edirsiz?
– “Qarabağ”ı əvvəldən tanıyır, bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri Danimarka “Kopenhagen”ində, 2-si isə Kipr APEOL-ində çıxış edərkən idi. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.

– Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşmişdiz?
– Komandanın keçmiş qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o, mənim yaxın dostumdur, qardaşım Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.

– Bəs təklif nə vaxt gəldi?
– Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.

– Yeni komandanıza uyğunlaşa bilirsiz?
– Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadır, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.

– Qardaşınız Nemanya Matiçlə bağlı xüsusi sual vermək istərdik. Onun bir müddət öncə erməni bayrağı ilə çəkilmiş şəkil paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərdarsız…
– Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Plakatdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.

– Qardaşınız həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ – Azərbaycanındır!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?
– Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.

– Nemanya “Qarabağ” haqqında bilir?
– Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Mənim “Qarabağ”a keçidimdən məmnundur.

– Ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində siz olmasaydız, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?
– “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur. (Report)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-27 12:03

“Barselona”da prezident seçkilərinin yeni vaxtı açıqlandı

Dünya futbolu2021-01-27 11:44

İngiltərə Federasiya Kubokunda 1/8 finalın cütləri bilindi

Dünya futbolu2021-01-27 11:21

Premyer Liqada unikal rekord

Ölkə futbolu2021-01-27 11:00

Polşanın daha bir klubu Mahir Emreliyə “elçi düşdü”

Dünya futbolu2021-01-27 10:30

“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

Dünya futbolu2021-01-27 10:00

Super Liqa klubunda yeni oyunçu

Dünya futbolu2021-01-27 09:30

“Atalanta”nın futbolçusu rəsmən “Sevilya”da

Dünya futbolu2021-01-27 09:00

“Başakşəhər”dən yeni transfer

Dünya futbolu2021-01-27 02:31

“Vilyarreal”la “Betis” 1/4 finalda

Dünya futbolu2021-01-27 02:14

Premyer Liqada qonaqların günü

Dünya futbolu2021-01-27 01:49

Milan derbisində qələbə ilə yarımfinalda!

Dünya futbolu2021-01-27 00:18

İsrafilov qol vurdu, “Albasete” səfərdən qalib döndü

Dünya futbolu2021-01-26 23:25

Nazarovun komandasından çətin qələbə

Dünya futbolu2021-01-26 22:40

“Çelsi”də yeni baş məşqçi

Milli komanda2021-01-26 21:35

“Azərbaycan bizim üçün ən ciddi rəqibdir”

Ölkə futbolu2021-01-26 20:41

“Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir”

Ölkə futbolu2021-01-26 19:46

“Keşlə”də yeni məşqçi

Ölkə futbolu2021-01-26 19:19

“Qəbələ” üçün UEFA Gənclər Liqasında 7 potensial rəqib

Ölkə futbolu2021-01-26 19:06

“Sübut etdim ki, “Sabah”da heç kimdən zəif deyiləm”

Milli komanda2021-01-26 18:00

AÇ-2023: Seçmə mərhələnin püşkü atılacaq

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?