Dünya futbolu
“Arsenal” “Çelsi” üzərində əzmkar qələbə ilə kubok qazandı

Futbol üzrə İngiltərə kubokunun final qarşılaşması keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda paytaxt Londonu təmsil edən iki komanda – “Arsenal”la “Çelsi” üz-üzə gəlib.
Londondakı “Uembli” stadionunda baş tutan görüşdə qapılara üç qol vurulub. Hesabı erkən qola sevinən “zadəganlar” açsa da, “topçular” qalan dəqiqələrdə buraxılan topun əvəzini artıqlaması ilə çıxmaqla kubokun qalibi olub.
Qeyd edək ki, “Arsenal” tarixində 14-cü dəfə bu turnirin qalibi adını qazanır. London klubu bu baxımdan rekordçudu. “Topçular”ın ən yaxın izləyicisi “Mançester Yunayted” isə 12 dəfə qalib olub. “Çelsi” də 8 dəfə kubok sevinci yaşayıb.
İngiltərə kuboku
Final
1 avqust
Arsenal – Çelsi 2:1
Qol: Obameyanq, 28-pen; 67 – Pulişiç, 5.
- Premyer-liqa6 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion13 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Premyer-liqa14 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- Digər11 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi