Ölkə futbolu
“Neftçi Esports” “Soçi” ilə qarşılaşıb

E Milli Liqada mübarizə aparan “Neftçi Esports” yoldaşlıq oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Neftçi Esports” Rusiyanın “Soçi” klubuna məğlub olub – 2:6. İlk görüş 0:3, ikinci matç isə 2:3 hesabı ilə nəticələnib.
Qeyd edək ki, “Neftçi Esports” E Milli Liqada “Qoşqar” (11:1 – 6:1; 5:0), “Ərkivan” (9:1 – 4:1; 5:0) və “Ağsu Siti” (5:3 – 3:0; 2:3) komandalarını məğlub edərək qrup lideri kimi “pley-of”a yüksəlib.
Komanda 1/8 final mərhələsində “Zirə” ilə qarşılaşacaq. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlanacaq.
- Milli komanda11 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa2 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu10 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa4 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”