Connect with us

Ölkə futbolu

“Qalatasaray”dan da təklif gəlsəydi, getməyəcəkdim” – Qurban Qurbanov

-də paylaşıldı

“O söhbət bağlandı. Danışıqları dayandırdıq. Bu barədə çox danışmaq, fikir bildirmək istəmirəm”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenicə Türkiyə Super Liqasına vəsiqə qazanmış “Hatayspor”dan aldığı təklif barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan – Ermənistan sərhədində gərginliyin davam etdiyi bir vaxtda Ağdam klubunu tərk edə bilməzdi:

“Burada həssas məqamlar çoxdur. Cəbhə bölgəsindəki gərginliklər fonunda mənim “Qarabağ”dan getməyim düzgün olmazdı. Bilmirəm, bəlkə başqa komandada olsaydım, fərqli fikirləşərdim. Amma hazırkı komandada olduğum üçün belə qərar verməli idim. Bunun başqa cavabı yox idi”.

Qurbanovun sözlərinə görə, Türkiyə klubunun rəhbərliyi onun qərarını anlayışla qarşılayıb: “Məni çox düzgün başa düşdülər, uğurlar arzuladılar. Mənə inanıb güvəndiklərinə görə sağ olsunlar. Amma hazırkı mövqeyim bəllidir. Belə qərar verməli idim, belə də etdim. İndiki məqamda “Qalatasaray”dan da təklif gəlsəydi, getməyəcəkdim”.

Baş məşqçinin sözlərinə görə, “Hatayspor” rəhbərliyi gələcəkdə də bu məsələyə yenidən qayıdacağını bildiribsə, buna görə Türkiyə klubuna yalnız minnətdar ola bilər.

Qeyd edək ki, “Hatayspor” rəhbərliyi bir neçə dəfə Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis qarşı tərəfə müsbət cavab verməyib. (Report)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?