Dünya futbolu
La Liqa klubundan yeni transfer

İspaniyanın “Hueska” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümdə çempion olaraq La Liqaya vəsiqə qazanan sözügedən klub Almaniya “Şalke”sindən müdafiəçi Pablo İnsuanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Deportivo”nun yetirməsi olan, bu komanda ilə yanaşı “Leqanes”də də forma geyinmiş İnsua, “Şalke”yə 2017-ci ildə transfer olunub. 2018-ci ildə isə o, məhz “Hueska”ya icarəyə verilmişdi.
- Premyer-liqa8 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion15 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər13 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi
- Premyer-liqa15 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı