Dünya futbolu
“Qızıl buts”un sahibi bəlli oldu

İtaliya A Seriyasında 2019/20-ci il mövsümünün bombardiri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu, “Latsio”nun hücumçusu Çiro İmmobiledir.
Çempionatın son turunda – “Napoli” ilə oyunda da (1:3) fərqlənən 30 yaşlı futbolçu, mövsüm ərzində A Seriyasında vurduğu qolların sayını 36-ya çatdırıb. Bununla da, o, “Napoli”nin sabiq futbolçusu Qonsalo İquaynın 2015/16 mövsümündəki rekordunu yeniləyib.
İtaliyalı futbolçu həm də, başa çatan mövsümdə Avropa çempionatlarında ən məhsuldar hücumçu olub və “qızıl buts”u qazanıb. Bu göstəricidə sonrakı pillələri 34 qolla “Bavariya”nın futbolçusu Robert Levandovski və 31 qolla “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tutub.
- Premyer-liqa7 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion14 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər12 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi
- Premyer-liqa14 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı