Dünya futbolu
Super Liqa klubundan “Sparta”ya

Futbol üzrə Çexiya milli komandasının sabiq müdafiəçisi Andrey Çelustka Türkiyənin “Antalyaspor” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı futbolçunun Super Liqa təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.
Tərəflər anlaşmanın müddətini uzatmaq istəməyiblər və Çelustka ölkəsinə qayıtmaq məcburiyyətində qalıb. Artıq onun yeni komandası da bəllidi. Təcrübəli oyunçu Praqa “Sparta”sı ilə 3 illik müqavilə imzalayıb.
Vaxtilə “Trabzonspor”da da forma geyinmiş Çelustka beş mövsüm idi “Antalyaspor”da oynayırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 28 oyuna çıxıb, 1 qola imza atıb. Bütövlükdə isə çex oyunçunun “Antalyaspor” karyerası 142 matçdan və 11 764 dəqiqədən ibarətdi.
- Premyer-liqa8 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Premyer-liqa15 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- I Divizion15 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Digər13 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi