Milli komanda
De Byazi millimizə daha bir italiyalı məşqçi gətirir

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu, Alessandro Skayadır.
İtaliyalı mütəxəssis bunu ölkəsinin mətbuatına açıqlamasında özü bildirib. Skaya yığmamızda fiziki hazırlıq üzrə çalışdırıcı olacaq.
Qeyd edək ki, italiyalı Canni De Byazinin buna qədər müəyyənləşən digər üç köməkçisi də həmyerliləridir. Benni Karbone və Klaudio Beluççi De Byazinin əsas köməkçiləri, Federiko Turritsiani isə oyunların analizi üzrə mütəxəssis olacaq.
- Premyer-liqa17 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda2 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa18 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Digər22 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi