Ölkə futbolu
“Neftçi”də konqolu hücumçu

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo milli komandasının hücumçusu Prins İbaranı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni transferlə 1 illik müqavilə imzalanıb. Belçikanın “Birşot” klubuna (2019/20; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. O, “13” nömrəli formanı geyinəcək.
Prins İbara Konqonun ACNFF (2014), “Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin “Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin “Əl-Vakra” (2017/18; 9 oyun, 1 qol) və Əlcəzairin “USM Əlcəzair” (2018/19, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.