Connect with us

Ölkə futbolu

“Neftçi”nin maliyyə hesabatı: əsas komandanın xərcləri 4 milyon manata çatmayacaq

-də paylaşıldı

“Neftçi” televiziya layihəsi ilə digər klublardan bir addım önə keçməyi bacarıb. Bakılılar müntəzəm yayımla azarkeşlərini, ictimaiyyəti informasiya baxımından tam təmin edir. Maraqlı verilişlər, canlı yayımlar xüsusi maraq doğurur.

 

Son günlər “Neftçi” həm də klubun sirrlərini “Neftçi” TV vasitəsi ilə açmağa başlayıb. Klub bununla şəffaflıq nümunəsi göstərir, azarkeşləri narahat edən suallara rəhbərlik cavab verir. İki gün öncə idman direktoru Ceyhun Sultanov A komandasıyla bağlı məlumatları çatdırmışdısa, dünən vitse-prezident Elnur Eyvazov “Həmsöhbət” verilişində qonaq oldu.

 

Eyvazovun müsahibəsi xüsusilə maraqlı alındı. Onun səsləndirdiyi faktlardan, fikirlərdən sonra azarkeşlərin narahatlığına müəyyən qədər son qoyulmalıdı. Vitse-prezident ölkə futbolunda ilk dəfə maliyyə sirrlərini, klub büdcəsinin incəliklərini ictimaiyyətə çatdırdı, nümunə göstərdi.

 

Eyvazovun müsahibəsindən belə anlaşıldı ki, bu mövsüm əsas komandaya kifayət qədər büdcə ayrılsa da, “Neftçi”  çempionluğu infrastruktur sahəsində planlaşdırır. Nəhayət, 83 yaşlı klub “ağsaqqal yaşında” müasir bazaya sahib olacaq, gələcək uğurların təməli olası işlər yekunlaşacaq. Kredit borcları, baza tikintisinə ayrılan xərclər bu mövsüm yekunlaşacaq və yeni ildən çempionluğa daha ciddi köklənən, gücünü bu istiqamətə yönəldən “Neftçi” görəcəyik.

 

Eyvazov müsahibəsinə “Neftçi”nin stabil kluba çevrildiyini bildirməklə başlayıb. Vitse-prezidentin dediyinə görə, indiki rəhbərliyə miras qalmış maliyyə borcları bağlanmaq üzrədi və bundan sonra daha rahat nəfəs almaq olacaq. Son 3 ildə maliyyə baxımından vəziyyətin yaxşılaşdığını, problemləri həll etdiklərini deyən Elnur bəy xüsusilə ötən mövsümü maliyyə baxımından qənaətbəxş sayır.

 

2016-cı ildən “Neftçi”də olan Eyvazov həmin vaxt borc öhdəliklərini qarşılamaq üçün götürdükləri kreditləri ödədiklərini deyir: “Hazırda heç kimə borclu deyilik. 2016-da klubun borcunu bağlamaq üçün kredit götürmüşdük – həm dollar, həm manatla. Ötən il 1 milyon 773 min manat kredit ödəmişik. Faizlər və əsas məbləğin bağlanması üçün 1 milyon 246 min manat vermişik, qalanı dollar kreditinin ödənməsinə gedib. Beləliklə, 2016-da götürülən manat krediti tam bağlanıb, hazırda 204 min dollar kredit qalıb, onu da dekabra kimi sıfırlayacağıq. Əslində, 2021-in sonuna kimi vaxtımız var idi, amma yükdən daha tez xilas olmağı lazım bildik. Borc mirasları bitdiyindən, bundan sonra daha rahat işləyə biləcəyik”.

 

Elnur bəy klubun büdcəsini necə bölüşdürdüklərini də açıqlayır: “İnfrastrukturumuz böyükdü. “Bakcell Arena”nın xərci bizdədi, təlim-məşq bazamız var, indi əyləşdiyimiz inzibati binanın da xərcləri öz yerində – faktiki 3 fərqli sahəyə cavabdehik. Bu səbəbdən büdcəmiz yalnız A komandasına sərf olunmur. Əslində, bütün böyük klublarda məhz belədi, maliyyənin yarıya yaxın hissəsi əsas komandaya xərclənməlidi”.

 

Komandanın nəticələri ilə yanaşı əsas prioritetin tikinti layihələri və akademiyanın qurulması olduğunu söyləyən vitse-prezident ötən mövsüm xərclənən vəsaiti də gizlətmir: “Ötən mövsüm kluba maliyyə daxilolmaları əsasən ana sponsor SOCAR-dan idi. Bundan başqa, UEFA-dan qitə kuboklarında iştiraka, uşaq futboluna, millinin oyunçularına görə vəsaitlər gəlib. Digər sponsorlar, bilet satışı, TV gəlirlər, atributika satışı – bunlar da büdcəmizin formalaşmasında rol oynadı. Ötən mövsümün xərci isə 13,1 milyon manat oldu. Bu məbləğin tən yarısı A komandaya xərclənib – maaşlardan təlim-məşq toplanışına, vitaminlərə, nəqliyyat xərclərinə kimi hər şey həmin 50 faizə daxil idi”.

 

Qalan 50 faizə gəlincə, 13,1 milyonun 18 faizi kreditlərin ödənməsinə, 15 faizi bazada tikintiyə gedib. Qalan 17 faiz “Neftçi-2”nin, inzibati binanın, “Bakcell Arena”nın, təlim-məşq bazasının, akademiyanın problemlərinin həllinə, vergi öhdəliklərinin yerinə yetirilməsinə, sosial layihələrə və s. sərf olunub.

 

Eyvazovun dediyinə görə, bu il gözlənilən daxilolmalar 8 milyon manat imiş. Amma “Neftçi” Avropa Liqasında artıq bir mərhələ adladığından büdcədə hardasa yarım milyon artım olub: “Xərclərimizi ona görə planlaşdırırıq. Təəssüf ki, pandemiyaya görə bilet satışından çox pul itirəcəyik. Xüsusilə “Qalatasaray”la matçın azarkeşsiz keçirilməsi ciddi zərbədi. Bütün itkiləri nəzərə almışıq və büdcəyə daxilolmalarda 35 faizə yaxın azalma gözlənilir. Daxilolma azaldığı üçün xərcləri də azaltmalı olacağıq. Yeni sponsorlar cəlb edə bilsək, avrokubokda mərhələlər adlasaq, daxilolmalar artacaq. O zaman xərcləri müəyyən qədər artıra bilərik”.

 

Elnur bəy büdcəni vəziyyətə görə nizamladıqlarını deyir: “A komandanın büdcəsi 40 faiz azaldı. İndi hardasa 4 milyon manatın altında bir rəqəm olacaq. A komandanın ümumi payı cəmi büdcənin 43-46 faizini təşkil edəcək. Bu, həm də sevindirici məqamdı. Deməli, biz klubuq, komanda deyilik. Prioritetlərimiz var – çempionluq, kubok, Avropada mümkün qədər çox irəliləmək. Amma akademiyanı daha çox diqqətdə saxlamalıyıq, bu üzdən akademiyanı xərclərini 46 faiz artırmağı nəzərdə tutmuşuq. Tikintiylə birgə bu, 64 faiz artım deməkdi. Əsas odur, yeni ilə kredit borcu qalmayacaq, bütün qüvvəmizi bazadakı tikint işlərini yekunlaşdırmağa sərf edəcəyik”.

 

Vitse-prezident təlim-məşq bazasında ötən il görülən işlərdən də danışır: “Bazanın əsası 10 il öncə qoyulub, sonra işlər dayanıb, müəyyən fasilələr olub. Amma son illər yüksək keyfiyyətli meydançalar quraşdırmağı bacardıq. Üstüqapalı meydança, süni örtüklü meydança və s. salmışıq. Bazada tikinti işləri ötən ildən intensivləşib. Əsas binada artıq beton işləri bitib. Sənədləşdirmə işlərində problem var idi, çox işi sıfırdan gördük. İndi hər şey yekunlaşıb, nöqsan qalmayıb. Əsas odur, akademiyanı bütövlükdə təlim-məşq bazamıza yığmaq imkanı verən işləri yekunlaşdırmışıq. Soyunub-geyinmə otaqları və s. qurmuşuq. Artıq “Neftçi-2”, akademiya bütünlüklə burada yerləşəcək. Akademiyanın bir yerdə olması xərclərimizi azaldacaq, yetirmələrimizin sayı artdıqca bunun başqa səmərəsini də görəcəyik. İşin keyfiyyəti də artacaq, nəzarət də güclənəcək”.

 

Hazırda “Neftçi” bazada işıqlandırma sistemini quraşdırmaqla məşğuldu. Eyni zamanda kiçik tutumlu tribunaların tikilməsi planlaşdırılır: “Düşündük və ayrıca akademiya binası tikməyi lazım bildik. 2 mərtəbəli, 1000 kvadrat metr sahəsi olan belə bir binamız olacaq. Orada akademiyaya aid bütün şərait yaradılacaq. Seçdiyimiz xüsusi istedada malik 30-a yaxın uşağı burada məskunlaşdıra biləcəyik. Bu aydan tikinti başlayır”.

 

Əsas binada da işlər tam sürətlə gedir. 6 min kvadrat metr sahəsi olacaq inzibati binada fasad işlərinə start verilib. 6 aya yekunlaşması nəzərdə tutulan baza dünya standartlarına tam cavab verəcək. Ümid edirik ki, illərdi uzanan bu layihə nəhayət, bu mövsüm bitəcək: “Əsas sponsorumuz lazım olan hər şeyi edir. İstəyirik ki, 83 yaşında nəhayət, bir evimiz olsun. Azarkeşlərimiz çox möhtəşəmdi, elə ona görə onların qarşısında belə hesabat verməyi, bütün maliyyə sirrlərini paylaşmağı lazım bilirik”.

 

Yuxarıdakı qeydlər artıq mətbuatın ehtimalları və ya hansısa söz-söhbətin məhsulu deyil. “Neftçi” rəsmisi öz TV-si vasitəsi ilə həm hesabat, həm vəd verir. Həqiqətən də klubun bazasında işlər yekunlaşacaqsa, flaqman öz evinə yığışacaqsa, idman nəticələrini daha bir mövsüm ikinci plana atmaq olar. Çünki bütün problemlər bitdikdən – kreditlər bağlandıqdan, akademiya qurulduqdan sonra büdcənin böyük hissəsinin A komandasına yönəldilməsi mümkünləşəcək. O zaman həm daha yaxşı transferlər olacaq, həm də komplektləşən akademiyadan klubun öz yetirmələri, istedadları əsas komanda üçün yetişəcək. Daha yaxşı sabahlar üçün gözləməyə dəyər.

 

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2020-12-05 01:54

“Atletik” evdə uduzdu

Dünya futbolu2020-12-05 01:52

Marsel “Olimpik”indən səfər qələbəsi

Dünya futbolu2020-12-05 01:45

“Herta”dan əzmkar qələbə

Müsahibə2020-12-04 23:56

Azərbaycana dəstək verən komandanın məşqçisi – “Heç nədən qorxmuram”

Dünya futbolu2020-12-04 23:46

Super Liqa klubunda 5 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2020-12-04 22:41

“Beşiktaş”dan darmadağın

Premyer-liqa2020-12-04 22:09

“Qarabağ” – “Qəbələ” matçının təyinatları açıqlandı

Dünya futbolu2020-12-04 22:02

Super Liqa klubunda 4 yoluxma

Dünya futbolu2020-12-04 22:02

Avroliqada həftənin ən yaxşı oyunçusu – Burak Yılmaz

Dünya futbolu2020-12-04 19:54

Bundesliqada yeni mövsümün başlama tarixi açıqlandı

Dünya futbolu2020-12-04 19:37

“Ayaks”da yeni müqavilə

Dünya futbolu2020-12-04 18:33

“Qalatasaray”ın koronavirusa yoluxanları sağaldı

Digər2020-12-04 18:06

Kəlbəcərin Yanşaq kəndi – VİDEO

Dünya futbolu2020-12-04 17:36

“Real”ın sabiq futbolçusu müflis oldu

Ölkə futbolu2020-12-04 17:11

“Qarabağ”ın bir futbolçusu Türkiyədə qaldı

Dünya futbolu2020-12-04 16:52

“Nitsa” Patrik Vieyranı istefaya göndərdi

Digər2020-12-04 16:33

4267 yoluxma, 41 ölüm faktı – Azərbaycanda koronavirus

Dünya futbolu2020-12-04 16:14

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

Dünya futbolu2020-12-04 15:50

Türkiyə millisinin üzvündə koronavirus aşkarlandı

Dünya futbolu2020-12-04 15:16

3 futbolçuda koronavirus aşkarlandı – Super Liqa klubunda

Premyer-liqa2020-12-02 21:07

Statistika: “Sabah” – “Neftçi”

Premyer-liqa2020-11-29 18:11

“Keşlə” ilə “Sabah”dan hərəyə 1 qol, 1 xal – VİDEO

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?