Connect with us

Ölkə futbolu

“Qəbələ” axtarır, “Sabah” xal yığır

-də paylaşıldı

Premyer Liqada 2-ci tur darmadağınla bitdi. “Sumqayıt”ın gözlənilməz qələbəsi ilə başlayan həftədə xala həsrət qalan yeganə qonaq “Qəbələ” oldu. “Sabah” aşkar üstün olduğu oyunda vurduğu 3 qola görə bəxtə də minnətdar olmalıdı.

Bir gün öncə “Zirə” “Səbail”i yenib zirvəyə şərik olmuşdu. Amma həmin oyunun üzərində çox dayanmağa dəyməz. Faktiki “aclar”la “toxlar”ın oyununda bu ll 14 (!) transfer etmiş “qartallar”ın üstün olacağı proqnozlaşdırılırdı. Baxmayaraq ki, qonaqlar bunun üçün çox əziyyət çəkdi, aşkar üstün futbol oynamadı. Hətta hesab 1:0 “Zirə”nin xeyrinə olarkən Raif Əliyev penaltini dəqiq yerinə yetirsəydi, indi üçhakimiyyətlilikdən danışmaya da bilərdik. Oyunçu qıtlığından əziyyət çəkən “Səbail”in istədiyi oyunçunu almaqda problem yaşamayan “Zirə”yə müqavimət göstərməsi özü böyük uğurdu.

Turun son matçına gəlincə, “Sabah” layiq olduğu qələbəni qazandı. Düzdü, komanda favoritə yaraşan futbol sərgiləmədi, bəzi məqamlarda oyunda axsamalar diqqət çəkirdi. Amma bu, bəlkə də asan qolların yaratdığı arxayınlığa görə idi. Bakılılar bütün qolları xüsusi əziyyət çəkmədən vurdu. Ad günündə özünə qol hədiyyə edən Coşqun Diniyevin uzaqdan zərbəsi zamanı qapıçı Anar Nəzirov təcrübəsinə yaraşmayan səhv etdi; 2-ci qolda Bəhlul Mustafazadə göydəndüşmə şansı “təpikləməklə” fərqləndi; Ramil Şeydayev isə Asif Məmmədovun geriyə ötürmədəki yanlışını dəyərləndirdi.

Amma “Sabah”ın oyunçularının yorğunluğu da başadüşüləndi. Start heyətindəki 6 futbolçu milli komandaların düşərgəsindən dönmüşdü, üçü qısa müddətdə 2 oyun keçirmişdi. Komandanın oyununun bu futbolçulardan böyük ölçüdə asılı olduğunu nəzərə alsaq, 3:0 hesablı qələbə əla nəticədi.

“Qəbələ”nin cəmi 1 xal sahibi olması isə klub strategiyasından qaynaqlanan səhvlərin nəticəsidi. Büdcə problemlərinin gec həll olunması transferlərin yubanmasına səbəb oldu və heyətin komplektləşməsi prosesi hələ də başa çatmayıb. Təsadüfi deyil, 4-ü əcnəbi olmaqla 5 futbolçu transfer edən komandanın baş məşqçisi Elmar Baxşıyev hücumçuya ehtiyacları olduğunu hələ indi anlayır. Halbuki artıq 8 əcnəbiylə anlaşma rəsmiləşib, limiti nəzərə alsaq, daha birinin gəlməsi hər tur 3 legionerin kənarda qalması demək olacaq. Bu, büdcəylə bağlı narahatlığın olduğu bir zamanda heyət planlamasının düzgün aparılmadığını göstərir.

Akademiyayla bağlı fəaliyyətinə görə daim təriflədiyimiz “Qəbələ”də təəssüf ki, əsas komandayla bağlı işlər düzgün qurulmayıb. Klub prezidenti Fariz Nəcəfov yetirmələrini satmaları ilə tez-tez öyünür. Lakin böyük klublar belə davranmamalıdı. “Qəbələ” faktiki sabahını satmaqla məşğuldu. Dünən keçmiş klubuna qol vuran Bəhlul, 90 dəqiqə rəqib düşərgədə döyüşən Amin Seydiyevi əldən verən klub əvəzində təqaüd yaşındakı Asifi, Anarı düşərgədə saxlayıb. Halbuki bu gənclərlə legionerin vəhdətindən daha yaxşı komanda qurmaq olardı.

Bəlkə də alış-verişin kimin üçünsə xüsusi önəmi var, amma bu futbolçuları 120-150 min manata satmaq, onların yerinə daha baha qiymətə gətirilən əcnəbini oynatmaq özü müəmmadı. Düzdü, yenə heyətdə gənclər var, lakin bu transferlərdəki səmərəni anlamaq olmur. Deyək ki, 3-4 min manat maaş verdiyin Seydiyevi 120 minə satırsan, amma əvəzinə illik 200 min maaş alan hansısa əcnəbini gətirirsən. Bu, strategiya deyil, futbolla oynamaqdı.

3-4 əcnəbi alınsaydı, başa düşmək olardı, say həddi keçirsə, deməli, başqa maraqlar var. Həmin maraqlardan biri də Yaovi Akakpoyla bağlıdı. 2 ildi ehtiyatda oturmaqla məşğul olan birinin komandada saxlanması məntiqsizdi.

Hər nə edirlərsə, özləri bilər. Amma transferlərin çempionat başlayandan sonra da davam etdirilməsi doğru deyil. Baxşıyev az qala mövsüm boyu əsas heyəti müəyyənləşdirməklə, yeniləri komandaya uyğunlaşdırmaqla məşğul olur. Yekunda – ötən mövsüm olduğu kimi – sonuncu yer qaçılmaz olacaq. Və bu nəticədən sonra yenə heyət dəyişəcək, legionerlər qalmaq istəməyəcək. Beləcə mövsümlər dəyişdikcə karusel fırlanacaq, işi düzgün planlamayan klubun nəticələri yaxşılaşmayacaq.

Bu, təkcə büdcəylə bağlı problem deyil. Heydərovlar kluba ciddi nəzarət edərkən “Qəbələ”də belə xaos olmazdı. İndi “özfəaliyyət” daha qabarıq görünür. Baxşıyev pis məşqçi deyil, müəyyən dəst-xətti var, komandanı nizamlayacaq. Lakin o zamana qədər rəqiblərlə ciddi xal fərqi yaranacaq.

FƏRİD

Arxiv

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 20:39

“Neftçi”yə məğlubiyyətin nə dərəcədə faydalı olduğunu mövsümün sonunda görəcəyik”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm