Connect with us

Müsahibə

Aqil Məmmədov: “Heç-heçə istəyirdik, amma qələbə ilə döndük”

-də paylaşıldı

“Neftçi”nin qapıçısı Aqil Məmmədovun müsahibəsi

 

– Premyer Liqanın III turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiniz. Qələbə qazana biləcəyinizi oyundan əvvəl gözləyirdiniz?

– İlk növbədə futbolçuları təbrik edirəm, yaxşı mübarizə apardılar. Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə oyundan sonrakı yorğunluğa baxmayaraq, böyük komandaya qarşı belə oynamaq yaxşı haldır. Səfər matçına ən azı uduzmamaq üçün getmişdik. Nə yaxşı ki, qələbə qazana bildik.

 

– “Neftçi” nəyin hesabına “Qarabağ”ı məğlub edə bildi?

– Komandamız xarakterin hesabına qələbə qazandı.

 

– “Qalatasaray”la görüşdən sonra çempionata köklənmək nə dərəcədə çətin idi?

– Bizim üçün bir az çətin oldu. Sağ olsunlar, azarkeşlər dəstək oldular. Oyunçular olaraq, hamımız yığışdıq, söhbət etdik. “Qalatasaray”la oyunu yaddan çıxarmaq və “Qarabağ”a qarşı köklənmək lazım idi. Ən azı heç-heçə etmək istəyirdik, amma qələbə ilə döndük.

 

– Türkiyə təmsilçisinə 1:3 hesabı ilə uduzduğunuz görüşdə nə çatmadı?

– “Qalatasaray” böyük komandadır, Avropada təcrübələri daha çoxdur. Həm maddi, həm də oyunçuların keyfiyyətinə görə bizdən üstündürlər. Futbolçular əllərindən gələni etdilər, vuruşdular, döyüşdülər. Bacardığımız və əlimizdən gələn bu idi. “Qalatasaray”ı unudub, Premyer Liqa oyunlarına baxmaq lazımdır. “Qarabağ”ı məğlub edə bildik, qarşıdakı oyunlara hazırlaşacağıq.

 

– Sanki futbolçularda bir az həyəcan hiss olunurdu, siz də səhvlər etdiniz. Rəqibin adı sizi qorxutmurdu?

– Həyəcan deyəndə ki, “Qalatasaray”a qarşı oynayırsan. Bütün millət bizdən çox rəqibi dəstəkləyirdi. Hamının fikrində “Qalatasaray” var idi. Stadiona azarkeş buraxsaydılar, 90 fiazi Türkiyə klubunun fanatları gələrdi. “Neftçi”ni ürəkdən sevən insanlar 10 faiz təşkil edərdi. Mənə elə gəlir ki, insanlar bir oyuna görə tez qərar verirlər.

 

– Onların azarkeşinin daha çox olması da sizə təsir etdi?

– Əlbəttə. Qardaş ölkənin komandasıdır, Azərbaycana gəlib. Amma Azərbaycana gəlibsə də, “Neftçi”yə dəstək olmaq lazım idi. “Neftçi” bu ölkənin klubudur. Görünürdü ki, çoxları rəqibə azarkeş edir. Bu da istər-istəməz insana təsirsiz ötüşmür. Ruh düşkünlüyü yaranır, elə bil ki, biz İstanbulda oynayırıq.

 

– “Qalatasaray”la matçda səhv etdiniz. Bu, müzakirələrə və tənqidlərə səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

– Qapımıza üçüncü qolun vurulduğu epizodda ötürmə verəndə səhv etdim. Bu, mənim səhvimdir, danılmaz səhvdir. Ötürmə verəndə top ayağıma yaxşı oturmadı və rəqib oyunçunun önünə düşdü. Azarkeşlərdən və “Neftçi”sevərlərdən üzr istəyirəm.

 

– “Neftçi” Aqil Məmmədova görə uduzdu” fikri ilə razısınız?

– Xeyr, bununla razı deyiləm.

 

– Digər qol barədə fikirlər var ki, topu tutmalı idiniz, amma qaytardınız…

– Həmin topu tuta bilməzdim, çünki mən öz oyunçumla toqquşurdum. Tutsaydım, topla içəri girəcəkdim. Mən qaytardıqdan sonra rəqib təkrar zərbə ilə vursaydı, bu, mənim səhvim olardı. Amma mən topu qaytarandan sonra rəqib əlavə ötürmə edib. Belə danışıq düşüncəsiz, futbolu yaxşı bilməyən insanlara məxsusdur.

 

– “Qalatasaray”ı keçmək olardı?

– Onları keçmək çox çətin idi.

 

– Bir müddət “Neftçi”də oynamadınız, amma sonra əsas qapıçı oldunuz. Nə baş verdi ki, Səlahət Ağayev ehtiyatda qaldı, siz oynamağa başladınız?

– Səlahətin qolunda bir az problem var. İnanıram ki, tez sağalacaq və ona da şans veriləcək. Özümə gəldikdə, baş məşqçi Füzuli Məmmədov şans verir, mən də oynayıram. Çalışırıq ki, əlimizdən gəldiyi qədər komandaya kömək edək. Mənə elə gəlir ki, Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər. Düzdür, səhv etmişik. Düşünürəm ki, Azərbaycanda futbolçu yetişmir, yetişdirmək çətindir. Yetişənləri də çalışırlar ki, tez sındırsınlar. Biri var səhvini boynuna almayasan, amma mən səhvimi qəbul edirəm. Deyirəm ki, mənim səhvimdir, üzr istəyirəm. Bu normal haldır, biz robot deyilik, insanıq.

 

– Milli komandadan dəvət gözləyirsiniz?

– Yığma barədə düşünmürəm. Millinin futbolçularına uğurlar arzulayıram. (report)

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-06-21 19:17

Şahruddin Məhəmmədəliyev: “Hədəflərimiz dəyişmir”

AÇ-20202021-06-21 19:05

AÇ-2020-də daha dörd oyun – YENİLƏNİR

Dünya futbolu2021-06-21 18:42

Milli komandanın üzvləri otelə fahişə dəvət edib, əyləndilər

Dünya futbolu2021-06-21 17:28

Türkiyə millisinin üzvü “İnter”ə keçir

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Premyer-liqa2021-06-21 16:55

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2021-06-21 16:43

“Qarabağ”da yeni müqavilə

Dünya futbolu2021-06-21 16:28

“Bavariya”dan ayrılan futbolçu Qətərə getdi

AÇ-20202021-06-21 16:02

Şotlandiya millisinin üzvündə koronavirus aşkarlandı

AÇ-20202021-06-21 15:41

Fransa millisində ciddi itki – AÇ-2020-ni erkən başa vurdu

AÇ-20202021-06-21 15:27

Pandev millidə son oyununa çıxır

AÇ-20202021-06-21 15:00

Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür etdi

Milli komanda2021-06-21 14:26

Millimiz Fransanı məğlub etdi

AÇ-20202021-06-21 13:53

Burak Yılmaz: “Hər kəsi utandırdıq, haqqınızı halal edin”

Dünya futbolu2021-06-21 13:21

La Liqaya yüksələn sonuncu klub bəlli oldu

Ölkə futbolu2021-06-21 13:00

Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

Ölkə futbolu2021-06-21 12:48

İnfantino: “AFFA hər zaman FİFA-nın dəstəyinə əmin ola bilər”

Ölkə futbolu2021-06-21 12:37

Turan Manafov Türkiyə klubuna keçir

AÇ-20202021-06-21 12:12

“Başımızı dik tutmalıyıq” – Hakan Çalhanoğlu

Dünya futbolu2021-06-21 11:55

Amerika kuboku: Kolumbiya millisi Peruya uduzdu

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Gündəm