Dünya futbolu
FİFA-dan federasiyaya sərt cəza

FİFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.
Futbolinfo.az xəbər verir ki, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.
FİFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.
Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FİFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.