Ölkə futbolu
FİFA-dan AFFA-ya başsağlığı

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə FİFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA-dan göndərilən məktubda bunlar qeyd olunub:
“Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.
- Ölkə futbolu23 saat əvvəl
“Kəpəz” AFFA-nı ifşa etdi: “Turan Tovuz”a qələbəni tovuzlu hakim qazandırıbmış
- Ölkə futbolu21 saat əvvəl
Həlledici 3 tur: “Keşlə” Qurbanovla davam etməyəcək
- Ölkə futbolu17 saat əvvəl
FIFA “Futbolinfo”nun yazdığı kimi qərar verdi: Sezar millimizdə oynamayacaq
- Ölkə futbolu21 saat əvvəl
4 futbolçu “Qarabağ” – “Qəbələ” matçını buraxacaq