Connect with us

Müsahibə

Qurban Qurbanov: “Ümid edirəm ki, tezliklə Qarabağda oynayarıq”

-də paylaşıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniya “Vilyarreal”ına qarşı Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçirəcəkləri oyundan öncə Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir.

  • Qrupun favoriti ilə oyuna yollanırsınız. Komandada ümumi vəziyyət necədir? Qarşıdakı matçdan nə gözləyirsiniz?
  • Oyuna hazırlaşmağa elə çox vaxtımız yoxdur. Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik. Sabah və oyun günü səhər məşqimiz olacaq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın oynayıb-oynamamaq məsələsi sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevin ayağında ağrılar var. Dünən məşqi yarımçıq tərk etdi. Bu gün də məşqə çıxmayıb. Mahir Emreli komanda ilə cəmi 2-3 məşq edib. 100 faiz əsas heyətdə olmayacaq. Son durumuna sabahkı məşqdən sonra aydınlıq gələcək. Rəqibin adı, oynadığı çempionat fərqli olsa da, baş məşqçi amili böyük önəm daşıyır. Hamımız bilirik ki, Unai Emeri fərqli mütəxəssisdir. Tələbkar baş məşqçidir. Komandasının sürətli futbol oynamasını istəyir. Yaxşı rəqibdir. Düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evdəki kimi hiss etməyə çalışacağıq.
  • Emeri İngiltərə “Arsenal”ını çalışdırarkən onunla üz-üzə gəlmişdiniz. Bu komandalar arasında oyun üslubu baxımından oxşarlıq varmı?
  • “Arsenal”da fərqli futbola üstünlük verirdi. 5 müdafiəçi ilə oynayırdı. İndi isə “Valensiya”dakı vaxtlarını xatırladır. “Vilyarreal”ın heyətində həddindən artıq sürətli futbolçular var. Öz oyununa görə La Liqada liderlər sırasındadır. Deyəsən, son matçdakı heç-heçədən sonra ilk pilləni əldən verdilər. Emeri öz ölkəsində daha inamlı futbola üstünlük verir.
  • Düzdür, Türkiyə qardaş ölkədir. Amma “Qarabağ” bu mövsüm qrup mərhələsinin bütün oyunlarını səfərdə keçirəcək. Bu, nəticəyə təsir edəcəkmi?
  • Düzdür, belə bir fikir var. Ardıcıl səfərdə oynamaq olar. Amma bu zaman görüşlər arasında 12-14 gün fasilə olur. Bu müddətdə futbolçular daha yaxşı adaptasiya olurlar, öz formalarını tez bərpa edirlər. Amma futbolçularımız indi nə çempionat, nə də avrokubok oyunlarına adaptasiya dönəmini keçə bilir. Az məşq edə bilərsən. Amma iki gün burada iki gün havada, iki gün get-gəl… Tez-tez iqlimi dəyişmək orqanizm üçün problemdir. Hər bir halda öz evimizdə oynayacağıq. Özümüzü evdəki kimi hiss edəcəyik. Türkiyədə oynamaq bizim üçün əlavə motivasiyadır.
  • Müharibəyə görə oyunu səfərdə keçirmək komandaya psixoloji baxımdan necə təsir edir?
  • Təbii ki, bizim üçün çətindir. Amma bütün oyunları səfərdə keçirməyə razıyam, təki, torpaqlarımız qayıtsın. Ümid edirəm ki, yaxın vaxtla öz evimizdə oynayarıq. Bakıda yox, Qarabağda oyun keçirərik. Bunun üçün hər şeydən keçməyə hazırıq.
  • Sabah “Başakşəhər” öz meydanında Çempionlar Liqası oyununa çıxacaq. Məşq proqramınız necə olacaq?
  • “Başakşəhər” rəhbərliyi bizi çox isti qarşıladı. Hər iki məşqimiz klubun bazasında olacaq. Əsas stadiona sadəcə, matç üçün gedəcəyik.
  • Bədavi Hüseynovla Maksim Medvedvin problemləri var. Rahil Məmmədov müdafiənin mərkəzində oynamağa nə dərəcədə hazırdır?
  • İkisi də oynamasa, başqa variantımız olmayacaq. Rahil “Zirə” ilə görüşdə heç də pis təsir bağışlamadı. Düşünürəm ki, belə görüşlərdə daha ciddi və məsuliyyətli olacaq. Rahil peşəkar insandır, inanıram ki, özünü doğruldacaq. (report)

Arxiv

Ölkə futbolu2020-11-25 18:26

“Qarabağ”la oyunun çətin olacağını bilirik” – Kone

Ölkə futbolu2020-11-25 18:04

“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Çalımbay

Ölkə futbolu2020-11-25 17:48

Hakimlər üçün seminar keçirildi

Dünya futbolu2020-11-25 17:05

“Şalke” 3 futbolçunu heyətdən kənarlaşdırdı

Digər2020-11-25 16:47

“Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı

I Divizion2020-11-25 16:18

“Sabah”la “Zaqatala” evdə, “Qarabağ” səfərdə darmadağına sevindi

Digər2020-11-25 15:56

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri – VİDEO

Dünya futbolu2020-11-25 15:24

Ən yaxşı qapıçı adına namizədlər bəlli oldu

Dünya futbolu2020-11-25 15:00

Ən yaxşı baş məşqçi adına 5 namizəd

Dünya futbolu2020-11-25 14:41

“The best” mükafatına 11 namizəd – FİFA açıqladı

Dünya futbolu2020-11-25 14:21

Türkiyə klubu Prosineçkini istefaya göndərdi

Dünya futbolu2020-11-25 14:00

12-ci dəfə ilin ən yaxşı futbolçusu elan olundu – İbrahimoviç

Dünya futbolu2020-11-25 13:40

İki müdafiəçisi sıradan çıxdı – “Mançester Yunayted”in

Dünya futbolu2020-11-25 13:18

La Liqanın lideri David Silvanı itirdi

Dünya futbolu2020-11-25 12:37

“Yuventus”dan tarixi ilk

Digər2020-11-25 12:13

Prezidentdən Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciət – VİDEO

Milli komanda2020-11-25 11:57

Millimizin koronavirusa yoluxmuş futbolçuları testdən keçdilər

Ölkə futbolu2020-11-25 11:20

“Qarabağ” “Sivasspor”la oyuna ciddi itkilərlə yollandı

Dünya futbolu2020-11-25 11:00

Ronaldo Messinin rekorduna şərik oldu

Digər2020-11-25 10:46

Ordumuz Kəlbəcərə bir neçə istiqamətdə daxil olub – MN

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?