Connect with us

Ölkə futbolu

“Bu, bizim üçün böyük üstünlükdür” – Qurban Qurbanov

-də paylaşıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün İstanbulda baş tutan mətbuat konfransından bunları söyləyib:

“Sadam ki, sizlərin önündəyəm. Baxmayaraq ki, Bakıda oynamalı olduğumuz matçı Türkiyədə keçirəcəyik. Hər bir halda mən sevincliyəm. Yaxşı, kifayət qədər təcrübəli bir komanda ilə qarşılaşacağıq. Yaxşı məşqçiləri var. Hər bir halda düzgün oyun qurmaq, maksimum gözəl oyun nümayiş etdirmək istəyirik”.

48 yaşlı mütəxəssis İstanbulda Dağlıq Qarabağdakı hadisələr barədə də danışıb: “Çətin durumdur. Bu gün futbolla siyasət bir-birinə qarışıb. Hər bir Azərbaycan vətəndaşının üzərinə öz vəzifəsi düşür. “Qarabağ” klubu olaraq biz də bunu doğrultmağa çalışırıq. Ürəyimiz sərhəddə əsgərlərin yanında olsa da, yenə də işimizi layiqincə görməyə çalışırıq. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizim üçün böyük üstünlükdür. Amma inanıram ki, tezliklə torpaqlarımız geri qayıdacaq”.

Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: “Makkabi” ilə görüş çətin oldu. Xeyli sayda zədəlılərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik. “Vilyarreal”la görüşdən sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.

Qurbanov eyni qrupda yer aldıqları Türkiyə təmsilçisi “Sivasspor” barədə də fikirlərini açıqlayıb: “Vilyarreal” – “Sivasspor” matçını izlədim. Gözəl oyun oldu. Tamaşaçılar üçün də çox sayda qol vuruldu. Hər komanda öz oyununu analiz edir. “Sivasspor” asan qol buraxan komanda deyil. Qol vurmağı bacaran komandadır”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2020-11-21 12:21

“Səbail”in 4 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-11-21 12:00

“Golden Boy” mükafatının qalibi müəyyənləşdi

Dünya futbolu2020-11-21 11:40

“Real”ın liderləri “Qarabağ”ın rəqibi ilə oyunu buraxacaq

Dünya futbolu2020-11-21 11:21

Super Kubok matçının tarixi açıqlandı

Dünya futbolu2020-11-21 11:00

“Barselona”nın zədəli futbolçusu sıraya döndü

Dünya futbolu2020-11-21 10:41

Nağıyev üçün 90 dəqiqə və 3 xal

Dünya futbolu2020-11-21 10:20

“The Best” mükafatının təqdim olunacağı tarix açıqlandı

Dünya futbolu2020-11-21 10:00

Dortmund “Borussiya”sında yeni müqavilə

Dünya futbolu2020-11-21 09:30

“Yuventus”un zədəli futbolçusu sıraya döndü

Milli komanda2020-11-21 09:00

Havaya sovrulan pullar: kim nə qədər qazandı?

Premyer-liqa2020-11-21 02:30

“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Dünya futbolu2020-11-21 02:01

İlk oyunda hərəyə 1 qol, 1 xal

Dünya futbolu2020-11-21 01:56

PSJ “Monako”ya məğlub oldu

Premyer-liqa2020-11-21 00:00

“Sabah” – “Səbail” matçı təxirə salındı – Koronavirusa görə

Premyer-liqa2020-11-20 23:44

Daha iki oyuna hakim təyinatları açıqlandı

Dünya futbolu2020-11-20 23:36

“Real”ın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2020-11-20 23:11

Latviyada çempion bəlli oldu

Dünya futbolu2020-11-20 22:45

Təbriz klubu yeni mövsümdə ilk xalını qazandı

Dünya futbolu2020-11-20 21:57

Totti koronavirusa qalib gəldi

Dünya futbolu2020-11-20 20:52

“Sivasspor”da koronavirusa yoluxan futbolçuların sayı artdı

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Premyer-liqa2020-09-26 23:15

“Keşlə” – “Zirə” oyununda 5 qol – VİDEO

Premyer-liqa2020-09-26 20:34

“Səbail”dən “Sabah” üzərində əzmkar qələbə – VİDEO

Premyer-liqa2020-09-25 23:38

Statistika: “Neftçi” – “Qəbələ” – VİDEO

Premyer-liqa2020-09-25 21:54

“Sumqayıt” – “Qarabağ” matçında 4 qol – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?