Connect with us

Digər

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır

-də paylaşıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.

Fərmanda bildirilir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə qərara alıb:

  1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.
  2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.
  3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.
  4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.

  1. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.
  2. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:

6.1. mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

6.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

6.3. aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

6.4. kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;

6.5. aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

6.6. hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

  1. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirsinlər:

7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

7.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;

7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;

7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

  1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etsinlər.
  2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.
  3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.
  4. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirsinlər.
  5. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.
  6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.
  7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2020-11-25 19:26

Yaponiyada çempion bəlli oldu

Digər2020-11-25 19:07

3469 yoluxma, 30 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2020-11-25 18:26

“Qarabağ”la oyunun çətin olacağını bilirik” – Kone

Ölkə futbolu2020-11-25 18:04

“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Çalımbay

Ölkə futbolu2020-11-25 17:48

Hakimlər üçün seminar keçirildi

Dünya futbolu2020-11-25 17:05

“Şalke” 3 futbolçunu heyətdən kənarlaşdırdı

Digər2020-11-25 16:47

“Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı

I Divizion2020-11-25 16:18

“Sabah”la “Zaqatala” evdə, “Qarabağ” səfərdə darmadağına sevindi

Digər2020-11-25 15:56

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri – VİDEO

Dünya futbolu2020-11-25 15:24

Ən yaxşı qapıçı adına namizədlər bəlli oldu

Dünya futbolu2020-11-25 15:00

Ən yaxşı baş məşqçi adına 5 namizəd

Dünya futbolu2020-11-25 14:41

“The best” mükafatına 11 namizəd – FİFA açıqladı

Dünya futbolu2020-11-25 14:21

Türkiyə klubu Prosineçkini istefaya göndərdi

Dünya futbolu2020-11-25 14:00

12-ci dəfə ilin ən yaxşı futbolçusu elan olundu – İbrahimoviç

Dünya futbolu2020-11-25 13:40

İki müdafiəçisi sıradan çıxdı – “Mançester Yunayted”in

Dünya futbolu2020-11-25 13:18

La Liqanın lideri David Silvanı itirdi

Dünya futbolu2020-11-25 12:37

“Yuventus”dan tarixi ilk

Digər2020-11-25 12:13

Prezidentdən Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciət – VİDEO

Milli komanda2020-11-25 11:57

Millimizin koronavirusa yoluxmuş futbolçuları testdən keçdilər

Ölkə futbolu2020-11-25 11:20

“Qarabağ” “Sivasspor”la oyuna ciddi itkilərlə yollandı

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?