“Fənərbaxça” ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin argentinalı yarımmüdafiəçisi Dieqo Perotti sıradan çıxıb.

O, “Beşiktaş”la Super Liqa matçında zədələnib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçunun dizindən aldığı zədə ciddidir və buna görə azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Klub digər futbolçulardan Maurisio Lemos və Kemal Ademinin də zədədən əziyət çəkdiyi diqqətə çatdırılıb. Amma onların dəqiq bərpa müddəti açıqlanmayıb.

Shares: