Connect with us

Milli komanda

AFFA 3 oyun üçün 700 min manat payladı – dəyərmi?

-də paylaşıldı

Azərbaycan milli komandasının qolsuz bitən son 3 matçı AFFA-ya yarım milyon manatdan baha başa gəlib. Toplanışa sərf olunan vəsait, futbolçulara verilən sutkalıqlar və səfərlə bağlı digər vacib xərclər öz yerində, qurum təkcə mükafat kimi bu məbləği havaya sovurub.

Sloveniya ilə sınaq matçına görə start heyətdə meydana çıxan hər futbolçuya 5 min manat paylayan AFFA, Çernoqoriya və Lüksemburq ilə Millətlər Liqası qarşılaşmalarına görə bunun 3 mislini əldən çıxarıb. Kəsəsi, Sloveniyadakı matç 5, Xorvatiya və Lüksemburqdakı 90 dəqiqələr 15 min manatla qiymətləndirilib.

Start heyətdə yer aln futbolçular mükafatın 100 faizinə sahib çıxırsa, oyuna sonradan girənlər bunun yarısını, ehtiyatda qalanlar ¼-ni əldə edir. Məşqçilər və AFFA-nın millidə vəzifə tutan digər işçiləri də müəyyən faizlərə sahib çıxdığından məbləği təxminən hesablamaq olar. Təqribi götürsək, yoxlama matçı AFFA-ya 100 minə, rəsmi matçların hər biri bunun 3 qatına başa gəlib.

Deməli, 3 mənasız oyun üçün AFFA 700 min manatı havaya sovurub. Bu məbləği Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yığmalar belə xəyal etdiyi halda bizimkilər heç nə olmayıbmış kimi xərcləyir.

Xatırladaq ki, bu oyunlardan sonra millimiz öz qrupunda 4 komanda arasında çətinliklə 3-cü yeri tutdu. Müqayisə üçün bu məbləği bir ilə görməyən düşmən Ermənistan millisinin qrup lideri kimi bir üst liqaya vəsiqə qazandığını vurğğulayaq.

Hətta qələbəsiz bitən yoxlama oyunlarına görə də böyük pullar xərclənən Azərbaycanda 10 günə dağıdılan bu 700 minin “Turan Tovuz”, “Kəpəz” və “Zaqatala” kimi bölgə komandalarının üçünün bir yerdə illik büdcəsi qədər olduğunu xatırladaq. 10 günlük səfər xərclərini də nəzərə alsaq, AFFA qısa müddətdə 1 milyon manatı gündən-günə uçuruma yuvarlanan futbol təsərrüfatında basdırdı.

Onu da qeyd edək ki, mükafatın məbləğini milli oyunçuları ilə dəqiqləşdirmişik. Onlara bu xəbəri özü səfərə çıxmayan icraçı vitse-prezident Elxan Məmmədov Bakıdan çatdırıb. Sonuncu matçdan sonra düşərgəyə zəng vuran Məmmədov bütün rəhbərliyin futbolçuların çıxışından razı qaldığını bildirib.

Millimiz qələbə qazandığı, hətta qrup lideri olduğu halda hansı pulların havaya sovrulacağını özünüz təsəvvür edin.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-11 01:08

“Qranada” “Betis”ə məğlub oldu

Dünya futbolu2021-05-11 00:59

“Bernli”dən səfərdə inamlı qələbə

Dünya futbolu2021-05-10 20:42

Komandanı elitaya çıxardı, yeni müqavilə imzalandı

Digər2021-05-10 18:46

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-10 17:23

Kubokun finalına azarkeşlər buraxılacaq

Dünya futbolu2021-05-10 16:11

“Fənərbaxça”nın istədiyi hücumçu “Əl Hilal”la müqavilə bağladı

Dünya futbolu2021-05-10 15:29

“Dinamo” çempion oldu

Premyer-liqa2021-05-10 14:42

27-ci turun bütün oyunları eyni gündə

Dünya futbolu2021-05-10 14:19

“Qalatasaray”da ciddi itki – mövsümü bitirdi

Ölkə futbolu2021-05-10 14:15

“Başqa klublardan təkliflər var” – “Neftçi”nin legioneri

I Divizion2021-05-10 13:28

26-cı turun bütün təyinatları açıqlandı

I Divizion2021-05-10 13:00

6 komandalı Premyer Liqa: AFFA yaratdığı səbəbi bəhanəyə çevirib

Premyer-liqa2021-05-10 12:48

“Neftçi”dən son 10 ilin rekordu

Ölkə futbolu2021-05-10 12:14

“Səbail”in yubiley məğlubiyyəti

Dünya futbolu2021-05-10 11:53

Premyer Liqada ikinci ayrılıq

Premyer-liqa2021-05-10 11:35

“Qarabağ”ın hücumçusu öz rekordunu yenilədi

Ölkə futbolu2021-05-10 11:18

Super Liqada iki yeni komanda

Digər2021-05-10 11:00

Türklə yanaşı dayanmayan Məmmədov: britaniyalı səfir daha sərfəlidi

Dünya futbolu2021-05-10 10:30

Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

Dünya futbolu2021-05-10 09:24

“Traktor”la “Maşinsazi”dən heç-heçə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm