Connect with us

Milli komanda

Havaya sovrulan pullar: kim nə qədər qazandı?

-də paylaşıldı

Milli komandamızın son 3 oyunu heç-heçə bitdi. Sloveniya ilə sınaq, Çernoqoriya və Lüksemburqla Millətlər Liqasının qrup mərhələsi çərçivəsindəki matçların hamısı 0:0 yekunlaşdı. Nəticədə 4 komanda arasında 3-cü olan yığmamız daha bir tsikli uğursuz başa vurdu.

Ən təəccüblüsü AFFA-nın bu oyunlara görə futbolçuları mükafatlandırması oldu. Əslində, cəza verilməsi lazım gəldiyi halda, bizim başbilənlər büdcəni havaya sovurmağı lazım bildi. Əsas sponsor SOCAR-ın, dolayısı ilə dövlətin 700 min manatı hətta qol vurmağı da unudan oyunçulara, onların məşqçilərinə dağıdıldı.

Dünən bu barədə yazıyla “Futbolinfo”da tanış olmusuz. Əlavə edək ki, orta hesabla 25-30 min manatı 10 gün ərzində heç bir uğur qazanmadan əldə etməyə nail olanlar 2020-ci il boyunca bizləri qoruyan həkim və hərbçilərin 3-4 illik maaşını birdəfəyə cibinə qoydu.

Xatırladaq ki, AFFA Sloveniya ilə sınaq matçına görə 5, Çernoqoriya və Lüksemburqla rəsmi görüşlərə görə 15 min manat mükafat paylayacaq. Start heyətində yer alan hər bir futbolçu bu məbləğə, oyuna sonradan girənlər mükafatın yarısına, qarşılaşmanı ehtiyatda izləyənlər ¼ hissəsinə sahib çıxacaq.

Milli komandamızın yalnız 4 futbolçusu son 3 oyunun hamısında start heyətdə yer alıb. Bu isə o deməkdi ki, Azər Salahlı, Tellur Mütəllimov, Mahir Emreli və Bədavi Hüseynov 10 günə 35 min manata sahib çıxıb. Elvin Bədəlov Sloveniya ilə görüşdə sonradan oyuna girdiyi üçün qazancı 50 faizlə hesablanıb və 2500 itirib.

Şahrudin Məhəmmədəliyevlə Qara Qarayev rəsmi oyunlardan 30 min manat əldə edib. Qapıçı sınaq matçında ehtiyatda qaldığından əlavə məbləğə də sahib çıxıb.

Vüqar Mustafayevlə Amin Seydiyev rəsmi oyunlardan birində sonradan oyuna daxil olub, digər 2 matçda start heyətdə yer alıb. Bu isə onların 27,5 min irəli düşməsi deməkdi.

Rəhim Sadıxovla Ramil Şeydayev Millətlər Liqası matçlarından birində startda, digərində fasilədən sonra meydanda olub. 22,5 min manat qazanan bu futbolçulardan birincisi yoxlama oyununda ehtiyatda qalmasına görə də büdcəsini zənginləşdirəcək.

Anton Krivotsyuk, Maksim Medvedev və İsmayil İbrahimli bir rəsmi, bir yoxlama oyununda iştirak etməklə 20 min əldə edib. Abbas Hüseynovda bu məbləğ 17,5 mindi – çünki o, sınaq matçında start heyətdə yer almayıb.

Hər iki rəsmi matçda oyuna sonradan girən Xəyal Nəcəfov 15 min manat qazanıb. O, Sloveniya ilə görüşdə ehtiyatda oturduğu üçün əlavə bonus sahibi olacaq.

Elvin Camalovla Vüsal İsgəndərli heç bir oyunda start heyətdə yer almayıb, amma 2 görüşdə yoldaşlarını əvəzlədikləri üçün hərəyə 10 minə sahib olacaqlar. Onların qazancı daha bir matçda sonadək ehtiyatda oturduqları üçün artacaq.

Lüksemburqla görüşdə həmkarını əvəz edən Şəhriyar Əliyev 7,5 min manata və digər rəsmi qarşılaşmada adı iştirak ərizəsinə düşdüyünə görə bonusa sevinəcək.

Sloveniya ilə görüşün start fitini meydanda eşidən Emil Balayevlə Təmkin Xəlilzadə cəmi 5 min manatla kifayətlənəcək. Təmkinin koronavirusa görə kənar qaldığı digər görüşlərdə Emil iştirakçı kimi cibini daha da zənginləşdirəcək.

Yalnız yoxlama matçında sonradan oyuna girməklə 2,5 min manata sahib olan Rahil Məmmədov və Musa Qurbanlı daha bir qarşılaşmaya görə bonus sahibi olmalıdı.

Aydın Bayramov və Mert Çelik 3, Coşqun Diniyev 2, Mirabdulla Abbasov 1 görüşdə oynamaq şansına malik olub, amma hamısında 90 dəqiqəni ehtiyatda keçirib. Namiq Ələsgərov və Rəhman Hacıyevə isə hətta bu da çox görülüb.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2020-12-02 13:02

Zidandan istefa açıqlaması

Ölkə futbolu2020-12-02 12:33

“Qarabağ” – “Makkabi” matçının hakimləri açıqlandı

Digər2020-12-02 12:24

Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlandı

Ölkə futbolu2020-12-02 12:12

“Qarabağ”da Mahir Emreli şoku – koronavirusa yoluxdu

Dünya futbolu2020-12-02 11:59

Millinin baş məşqçisi istefaya göndərildi

Dünya futbolu2020-12-02 11:32

“Real”dan antirekord

Dünya futbolu2020-12-02 11:16

“Sivasspor”da koronavirusa daha 4 yoluxma

Ölkə futbolu2020-12-02 11:00

“Qarabağ” İstanbula yollandı

I Divizion2020-12-02 10:40

8-ci turun hakim təyinatları açıqlandı

Dünya futbolu2020-12-02 10:22

“Golden Foot” mükafatının sahibi açıqlandı

Dünya futbolu2020-12-02 10:00

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi George Hacinin komandasında

Dünya futbolu2020-12-02 09:40

40 illik karyerasını başa vurur – Advokat

Dünya futbolu2020-12-02 09:21

“Mançester Yunayted”də De Xea sıraya döndü

Dünya futbolu2020-12-02 09:00

“Valensiya”da koronavirusa yoluxan var

Dünya futbolu2020-12-02 02:07

“Başakşəhər” üçün son şans, “Çelsi” “Sevilya”ya qarşı – YENİLƏNİR

Dünya futbolu2020-12-02 02:00

“Liverpul”la “Portu” da ÇL-in 1/8 finalına vəsiqə qazandı

I Divizion2020-12-01 23:04

“Hakim təhqirlə emosional danışığı səhv salıb” – Yaşar Vahabzadə

Ölkə futbolu2020-12-01 21:35

Azərbaycan futbolunun koronavirus tablosu – YENİLƏNİR

Dünya futbolu2020-12-01 21:14

Koronavirusa görə təxirə salındı – Premyer Liqa matçı

Ölkə futbolu2020-12-01 20:22

Rəşad Sadıqov “Zirə”ni təcrid etdi

Premyer-liqa2020-11-29 18:11

“Keşlə” ilə “Sabah”dan hərəyə 1 qol, 1 xal – VİDEO

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?