Premyer-liqa
“Sabah” – “Səbail” matçının vaxtı bəlli oldu

Bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış “Sabah” – “Səbail” oyununun vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən görüş noyabrın 23-də keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Masazırda “Bank Respublika Arena”da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.