Connect with us

Premyer-liqa

Rəşad Sadıqov: “Komandamız buna yaxşı reaksiya verdi”

-də paylaşıldı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük. Hər iki komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi. Çempionatın iddialı və güclü komandalarından birini məğlub etdik. Bizim üçün önəmli qələbədir. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. “Keşlə”ni əks hücumda yaxalayırdıq. Qol epizodlarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik.

Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də işimiz çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir. Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay virusa yoluxmuşdu və artıq sağalıb. Mənim köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur”.

Sadıqov “Qarabağ”ın qapıçısı Emil Balayevlə bağlı yayılan transfer xəbərlərinə reaksiya verib: “Belə bir şey yoxdur. O, son illər ölkənin ən yaxşı qapıçılarındandır. Uyğunlaşmaq üçün vaxt lazımdır. “Qarabağ” hər zaman çempionluğa oynayan komandadır. Balayev çox yaxşı qapıçıdır. Onu hamı heyətində görmək istəyər. Amma transferlə bağlı xəbərlər doğru deyil. Qapıçımız Rəşad Əzizlidən razıyam. Heç kimin arasında fərq qoymuram. Hansısa elementlər qərara təsir edir. Mənim üçün birinci, ikinci qapıçı anlayışı yoxdur”.

Baş məşqçi qış transfer dönəmində heyətdəki dəyişikliklə bağlı hələ ki, düşünmədiyini bildirib: “Hazırda bütün fikrimi komandaya yönəltmişəm. Hamıdan 99 faiz razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam. Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb ediləcək. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan məsələ deyil. Hamı iddialıdır və yuxarı yerlər uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq. Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm”.

Sadıqov torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: “Hamımızın gözü aydın olsun. “Qarabağ” komandası öz meydanında oynaya bilmirdi. Bu, beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Biz artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandana, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar. Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik, bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2020-11-23 00:02

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

Dünya futbolu2020-11-22 23:53

“Borussiya”nın futbolçusu Bundesliqanın tarixinə düşdü

Premyer-liqa2020-11-22 23:36

“Böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu” – Krivotsyuk

Dünya futbolu2020-11-22 23:15

Bundesliqada qonaqların günü

Dünya futbolu2020-11-22 22:49

Liderdən inamlı qələbə

Ölkə futbolu2020-11-22 21:30

“Zirə”nin futbolçusu şəhid qardaşının adını formasında daşıyacaq

Dünya futbolu2020-11-22 20:30

Fərid Nəbiyevli “Viktoriya”dan inamlı qələbə

Dünya futbolu2020-11-22 19:52

Nazarova qol vurmaq üçün 2 dəqiqə bəs etdi

Premyer-liqa2020-11-22 19:25

Rəşad Sadıqov: “Komandamız buna yaxşı reaksiya verdi”

Premyer-liqa2020-11-22 18:48

“Komandamdan narazı deyiləm” – Yunis Hüseynov

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:56

“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Zirə”yə uduzdu

Premyer-liqa2020-11-22 17:28

Samir Abasov: “Oyundan razı qaldığımı deyə bilmərəm”

Premyer-liqa2020-11-22 17:18

“Son nöqtəni qoymaqda çətinlik çəkirik” – Elmar Baxşıyev

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Milli komanda2020-11-22 17:09

Millimizin düşərgəsində koronavirusa yoluxanların sayı 8-ə çatdı

Dünya futbolu2020-11-22 16:52

Simeoneli “Atletiko”dan ilk

Dünya futbolu2020-11-22 16:19

2 futbolçu koronavirusa yoluxdu – Premyer Liqa klubunda

Ölkə futbolu2020-11-22 15:50

Qurban Qurbanov: “Ordumuz xəyallarımızı gerçəkləşdirdi”

Digər2020-11-22 15:31

3196 yeni yoluxma, 24 ölüm faktı – Azərbaycanda

Premyer-liqa2020-11-22 18:38

“Zirə” – “Keşlə” matçında 4 qol – VİDEO

Premyer-liqa2020-11-22 17:12

“Qəbələ” – “Neftçi” matçında 5 qol – VİDEO

Ölkə futbolu2020-11-22 12:29

Əsgərlərimiz Qubadlıda futbol oynadı – VİDEO

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?