Connect with us

Ölkə futbolu

“Səbail”in xanım axtarışı

-də paylaşıldı

Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. Peşəkar klub ola bilmədilər, indi hansısa formada gözəl görünməyə çalışırlar. Sanki xanım siması “Səbail”i gözəlləşdirəcək.

“Səbail” yenə yiyəsiz klub kimi ortada qalıb. Bu komandayla bağlı informasiya əldə etmək üçün yalnız baş məşqçini ona aidiyyatı olmayan suallarla narahat etməlisən. Və təbii ki, Aftandil Hacıyev səlahiyyət dairəsində olmayan məsələlərlə bağlı danışmaqdan boyun qaçıra bilər.

Klubun rəhbəri bəlli deyil. AFFA prezidenti Rövnəq Abdullayevin oğlunun adına bağlı olan, amma qardaşı oğlu Tamerlan bəyin idarə etdiyi “Səbail”də yiyəsizlikdi. Abdullayevlərin heç biri mətbuat önünə çıxmır. Varlıqları yalnız hansısa maliyyə əməliyyatından hiss olunur. Maykl Essyen üçün milyonlar xərcləyəndə, böyük büdcəni dağıdanda var idilər, elə ki maliyyə azaldı, kölgəyə çəkiliblər.

Hazırda Bayıl təmsilçisində önə verilən, amma ciddi məsələlərlə bağlı danışmaq hüququ olmayan Fərəc Əliyev var. İcraçı direktor postunda 1 ildi müvəqqəti əyləşən birindən başqa nə gözləyəsən? Ciddi fiqur olsa idi və ya güvənilsəydi, birdəfəlik bu posta təsdiqlənərdi. Amma yerinə başqası da təyin olunmur, ona qara fəhlə gözüylə baxırlar.

Dünən “Səbail”in oyunu komadanın bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salındı. 4 nəfərin testinin müsbət çıxdığı bildirilsə də, əslində, 12 nəfərdə belə problem olduğu deyilir. Həm bu xəbəri dəqiqləşdirmək, həm də yoluxanların adını dəqiqləşdirmək lazımdı. Amma kiminlə? Klubun hətta mətbuat katibi də yoxdu. Törə Əhmədovanın vəzifəsindən ayrılmasından aylar keçib, ona müvəqqəti əvəzedici də tapa bilmirlər.

Əslində, tapa bilərlər, amma iş ondadı ki, “Səbail”in bu postla bağlı öz kriteriyaları var. Söhbət namizədin bacarığından, iş keyfiyyətlərindən, təhsilindən getmir, “dənizçlər” bu postu məhz xanıma tapşırmaq istəyir. Kişilərin oyununda xanım mətbuat katibinin effektivliyi hələlik sübut olunmayıb, amma “Səbail” dirənibsə, axtarışı davam etdirirsə, demək bildikləri nəsə var.

Özləri bilər, kim istəyirlər təyin etsinlər. Amma bir az tələsmək lazımdı. Jurnalistlərin cavab axtardığı çoxlu suallar var.

AĞA

Arxiv

Dünya futbolu2020-11-22 11:44

“Barselona”da Pike şoku – azı 4 ay oynamayacaq

Ölkə futbolu2020-11-22 11:17

“Səbail”in xanım axtarışı

Ölkə futbolu2020-11-22 10:45

“Qarabağ”la oyunda həm özümüz, həm də Türkiyə üçün mübarizə aparacağıq” – Çalımbay

Dünya futbolu2020-11-22 10:00

Premyer Liqa klubunda yeni müqavilə

Dünya futbolu2020-11-22 09:30

İtaliya yığmasının sabiq forvardı karyerasını bitirdi

Ölkə futbolu2020-11-22 09:00

Rəqabətsizliyin ALTInda qalanlar – “Qarabağ” və başqaları

Premyer-liqa2020-11-22 02:08

“Neftçi” “Qəbələ”yə, “Zirə” “Keşlə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2020-11-22 02:01

“Real” xal itirdi, “Barselona” “Atletiko”ya uduzdu

Dünya futbolu2020-11-22 01:54

MS “Tottenhem”ə uduzdu, “Çelsi” və MY qalib gəldi

Dünya futbolu2020-11-22 01:40

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2020-11-22 01:35

“Borussiya”dan darmadağın, “Bavariya”dan xal itkisi

Dünya futbolu2020-11-22 00:40

3 xalı 4 qolla qazandılar

Dünya futbolu2020-11-21 23:23

Araz Abdullayevsiz ilk qələbə

Premyer-liqa2020-11-21 22:50

“Sabah” – “Səbail” matçının vaxtı bəlli oldu

Dünya futbolu2020-11-21 22:33

Paşayevin komandasından “Şaxtyor”la heç-heçə

Dünya futbolu2020-11-21 22:14

“Beşiktaş” son çempiona qalib gəldi, “Fənərbaxça” 5 qola sevindi

Dünya futbolu2020-11-21 21:59

“Qarabağ”ın rəqibi “Real”la heç-heçəyə razılaşdı

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Dünya futbolu2020-11-21 20:37

“Sevilya”nın qapıçısı koronavirusa yoluxdu

Dünya futbolu2020-11-21 20:21

“Barselona” “Atletiko” ilə oyuna 3 itki ilə çıxacaq

Müsahibə2020-11-21 21:59

Kamran Quliyev: “Neftçi”nin daşı çox ağırdır” – VİDEO

Digər2020-11-20 20:00

Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı – VİDEO

Ölkə futbolu2020-11-20 12:00

Kamran Quliyev: “Buna faciədən başqa bir ad qoymaq mümkün deyil” – VİDEO

Premyer-liqa2020-11-19 19:29

Promo: “Qəbələ” – “Neftçi” – VİDEO

Premyer-liqa2020-11-18 19:09

“Qəbələ” – “Neftçi”: Statisika – VİDEO

Ölkə futbolu2020-11-17 17:00

“Neftçi”nin “Piramida”sı – VİDEO

Ölkə futbolu2020-11-11 21:01

“Neftçi”nin yeni baş məşqçisi “Həmsöhbət”də – VİDEO

Premyer-liqa2020-11-08 18:14

“Neftçi” – “Qarabağ” 0:6 – VİDEO

Dünya futbolu2020-11-06 01:35

“Qarabağ”ın rəqiblərinin oyununa fırtına əngəli – VİDEO

Premyer-liqa2020-11-01 18:47

“Qarabağ” – “Keşlə” matçında 7 qol – VİDEO

Premyer-liqa2020-10-31 18:28

“Zirə”dən “Səbail”lə heç-heçə – VİDEO

Premyer-liqa2020-10-31 16:57

“Qəbələ”dən mövsümün ilk qələbəsi – VİDEO

Premyer-liqa2020-10-17 19:04

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

Ölkə futbolu2020-10-16 10:46

“Neftçi”yə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” – VİDEO

Digər2020-10-03 23:07

İşğaldan azad edilmiş ərazilərimizdən yeni görüntülər – VİDEO

Premyer-liqa2020-10-03 18:47

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Digər2020-10-01 16:33

Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü – VİDEO

Premyer-liqa2020-09-26 23:15

“Keşlə” – “Zirə” oyununda 5 qol – VİDEO

Premyer-liqa2020-09-26 20:34

“Səbail”dən “Sabah” üzərində əzmkar qələbə – VİDEO

Premyer-liqa2020-09-25 23:38

Statistika: “Neftçi” – “Qəbələ” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?