Connect with us

I Divizion

“Məqsədimiz çempion olmaqdır” – “Kəpəz”in futbolçusu

-də paylaşıldı

“Soyuq havada və güzəştsiz mübarizə fonunda maraqlı oyun alındı. Cəmi bir qol vurulsa da, bu və ya digər tərəfin fərqlənmək üçün bir neçə real qol imkanı oldu”.

Futbolinfo.az xəbər verir ki, bunu “Kəpəz”in gənc futbolçusu Ümid Səmədov söyləyib.

O, klubun mətbuat xidmətinə komandasının 6-cı tur çərçivəsində MOİK üzərində qazandığı qələbə haqda danışarkən belə deyib.

Səmədov daha sonra bunları əlavə edib: “Yığma komandalara çağırıldığımdan “Kəpəz” ilə həftəlik məşq proqramında iştirak edə bilməmişdim. Yalnız oyundan bir gün əvvəl kollektivə qoşuldum. Məşqçilərin nəzarəti altında fərdi hazırlaşdım, onların verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışdım”.

“Sarı-göylər”in 1:0 hesablı qələbəsində müdafiəçinin xüsusi əməyi olub. Belə ki, onun qapı önünə asması zamanı rəqibə toxunan top qapıya daxil olub. Məhsuldar zərbə Səmədovun hesabına yazılmayıb və avtoqol kimi protokola əlavə olunub. O, bundan narahat deyil: “Kimin qol vurmasının əhəmiyyəti yoxdur, əsas olan qələbə qazanmaqdır. Buna da nail olduq. Bu il komandamız yeni futbolçularla xeyli güclənib. Məqsədimiz çempion olmaqdır. Kollektiv olaraq potensialımız var”.

Çempionatda yaranan fasilə dövründə Ümid U-21 və U-19 yığmalarına dəvət alıb. O, 21 yaşlıların İsveçrə səfəri üçün heyətinə daxil edilib. 19-larla isə Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edib: “İsveçrəyə uduzmağımıza baxmayaraq yaxşı oynadıq. Meydana daxil olmasam da, gələcəkdə buna nail olacağımı düşünürəm. 16 yaşımda 21 yaşlılardan ibarət milliyə çağırılmaq mənim üçün böyük uğurdur. Hər adam bunu bacarmır. Yığmaya dəvət olunmağımda baş məşqçimiz Yaşar Vahabzadə və komanda yoldaşlarımın da əməyi var. Futbol komanda oyunudur, tək heç nəyə nail olmaq mümkün deyil. Səfərdən qayıtdıqdan sonra U-19-un toplanışına qatıldım. Məşqlər yaxşı keçdi. Hazırda mənim əsas məqsədim daim bu yaş qrupu üzrə komandada yer almaqdır. Yaşıma görə bu millidə oynamaq mənim üçün daha rahatdır. Çünki nisbətən öz həmyaşıdlılarımdır. Deyim ki, hər iki yaş qrupu üzrə yığma məşqçiləri məndən razıdırlar. Hər məşqdən və ya oyundan sonra razılıq edirlər. Bu məni daha da ruhlandırır”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-01-27 00:18

İsrafilov qol vurdu, “Albasete” səfərdən qalib döndü

Dünya futbolu2021-01-26 23:25

Nazarovun komandasından çətin qələbə

Dünya futbolu2021-01-26 22:40

“Çelsi”də yeni baş məşqçi

Milli komanda2021-01-26 21:35

“Azərbaycan bizim üçün ən ciddi rəqibdir”

Ölkə futbolu2021-01-26 20:41

“Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir”

Ölkə futbolu2021-01-26 19:46

“Keşlə”də yeni məşqçi

Ölkə futbolu2021-01-26 19:19

“Qəbələ” üçün UEFA Gənclər Liqasında 7 potensial rəqib

Ölkə futbolu2021-01-26 19:06

“Sübut etdim ki, “Sabah”da heç kimdən zəif deyiləm”

Milli komanda2021-01-26 18:00

AÇ-2023: Seçmə mərhələnin püşkü atılacaq

Ölkə futbolu2021-01-26 17:44

“Neftçi” legionerinə qovuşur

Milli komanda2021-01-26 17:22

Millimizin rəqibi üçün yeni baş məşqçi

Müsahibə2021-01-26 17:21

Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik

Digər2021-01-26 16:54

Azərbaycanda koronavirusa 326 yeni yoluxma

Milli komanda2021-01-26 16:38

Millimizin rəqibində koronavirus şoku – 3 yoluxma

Ölkə kuboku2021-01-26 16:26

Azərbaycan kubokunda cavab görüşlərinin də vaxtı bilindi

Ölkə futbolu2021-01-26 16:13

Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi

Ölkə kuboku2021-01-26 15:34

Azərbaycan Kubokunda 1/4 final matçlarının vaxtı açıqlandı

Dünya futbolu2021-01-26 15:21

Türkiyə klubuna transfer qadağası qoyuldu

Ölkə kuboku2021-01-26 14:43

“Zirə”də üç debütant

Milli komanda2021-01-26 14:22

Azərbaycan yığmasında ciddi itki

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?