Ölkə futbolu
Əvvəl zədə, sonra koronavirus

“Neftçi”nin müdafiəçisi Cabir Əmirli məşqlərə başlayıb.
Futbolinfo.az xəbər verir ki, zədə üzündən uzun müddət komadadan ayrı düşən cinah oyunçusu başqa bir problemin də öhdəsindən gəlib.
Sən demə, Cabir koronavirusa yaxalanıbmış. Zədəsini sağaltdıqdan sonra COVİD-19-un simptomları müşahidə edilən müdafiəçi karantinə alındıqdan və müalicə olunduqdan sonra indi tam sağlamdı. Əmirli komanda ilə məşqlərə başlayan Əmirli növbəti turlarda Samir Abasovun ixtiyarında olacaq.