Ölkə futbolu
“Sabah” arzuolunmaz seriyaya… Abışovla son qoydu

“Sabah” özünə gəldi. Premyer Liqanın 10-cu turunun qapanış matçında qələbə qazanan paytaxt klubu həm uğursuz seriyaya son qoydu, həm də turnir cədvəlində 2 rəqibini üstələməyi bacardı.
Ardıcıl 7 məğlubiyyətlə özünü çətin vəziyyətə salan Visente Qomesin yetirmələri matça elə motivasiya olunmuşdu ki, saatın tamamında “Səbail”in ümidini üzəcək hesaba nail olmuşdu. Amadu Diallo və Amin Seydiyevin qolları koronavirusa yoluxan oyunçular üzündən heyəti zəifləyən rəqibi ümidsiz vəziyyətə salmışdı.
Hesab daha böyük ola bilərdi. Çünki “Sabah” xüsusilə ilk hissədə daha bir neçə dəfə real qol imkanları yarada bildi. Aqressiv oynayan, qələbə üçün alışıb-yanan futbolçular nəhayət, bacarıqlarının imkan verdiyi səviyyədə oynayırdı. İspan məşqçinin eksperimentlərdən əl çəkməsi, gənc oyunçuları heyətdən uzaq saxlaması da komandanın daha inamlı oynamasına şərait yaratmışdı.
Fasilədən sonra “Səbail” özünə gəlsə də, bu, xal qazanmağa yetmədi. İnamla müdafiə olunan, zaman-zaman əks-hücumlarda təhlükə yaradan “Sabah” layiq olduğu qələbəni qazandı. Son saniyələrdə penaltidən vurulan təsəlli qolu isə qalibi dəyişmədi.
Doğrusu,”Sabah”ın böhrandan çıxmasını daha çox Ruslan Abışov amilinə bağlamaq istərdim. Uzunmüddətli zədədən qayıdan kapitan meydanda əsl dirijorluq edirdi. Hiss edilirdi ki, heyətin müəyyənləşməsində onun baş məşqçiyə müəyyən təsiri olub və bu addım komandanın xeyrinə işlədi. Təcrübəli mərkəz müdafiəçisi futbolçuları ətrafında toplamağı bacardı.
Lakin bu qələbə “Sabah”ı arxayınlaşdırmamalıdı. Sindrolmun qırılması nə qədər yaxşıdısa, seriyanın davam etdirilməsi bir o qədər önəmlidi. Növbəti iki turda “Keşlə” və “Neftçi” ilə matçlar önəmlidi. Qomes bu oyunlardan minimum 4 xal götürməlidi ki, autsayderlər qrupundan uzaqlaşsın. Xüsusilə “Keşlə” ilə səfər qarşılaşması həm də bu komandanı ötüb keçmək baxımından önəmlidi. Əks halda, autsayder “Səbail” üzərində qələbə tez unudulacaq.
“Sabah”ın belə potensialı var, hətta komanda qələbələri sıralamağa qadir heyətə malikdi. Sadəcə, doğru addımlar atmaq, maksimum diqqətli olmaq gərəkdi. Son oyunda qolların futbolçuların fərdi ustalıq sayəsində qol vurması da unudulmamalıdı. Deməli, hələ də oyunçular arasında komanda oyununda çatımazlıqlar var.
“Səbail”in dünənki oyunda məğlubiyyətinə bir neçə oyunçunun məlum xəstəlik üzündən kənarda qalması bəhanə oldu. Düzdü, Aftandil Hacıyevin kadr potensialı baxımından problemi var, amma ən böyük çatışmazlıq qeyri-sabitlikdi. Komanda demək olar, hər tur ilk qolu buraxır və ardınca vəziyyəti dəyişmək üçün döyüşür. Bəzən alınır, bəzən yox – nəticə isə bəllidi: 7-ci yer.
AĞA
- Ölkə futbolu18 saat əvvəl
Danimarka klubu Bəhlul Mustafazadə üçün rəsmi təklif göndərdi
- Müsahibə17 saat əvvəl
Novruz sensasiyanın sirrini açdı – istək, əzmkarlıq, döyüşkənlik
- Müsahibə20 saat əvvəl
Ceyms Adeniyi: “Kiçik anlaşılmazlıq oldu”
- Ölkə futbolu23 saat əvvəl
“Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi”