Connect with us

Ölkə futbolu

Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir – VİDEO

-də paylaşıldı

“İctimai TV” “Sabah”ın futbol akademiyasından reportaj hazırlayıb.

Futbolinfo.az xəbər verir ki, akademiyanın baş koordinatoru Adino Mustedanaqiç görülən işlərdən söz açıb.

Xorvat mütəxəssis bunları söyləyib: “Dinamo” (Zaqreb) klubunun futbol akademiyası ilə “Sabah”ın futbol akademiyasının birgə layihəsinin icrasına 1 ildən artıqdır başlanılıb. Bu əməkdaşlıqda əsas məqsəd “Dinamo”nun akademiyasında gənc oyunçuların hazırlığı, onlarla işləmək təcrübəsindən yararlanaraq “Sabah”ın akademiyasında gənc futbolçuların bilik və bacarıqlarını artırmaq, onların yetişməsində bu praktikanı tətbiq etməkdir. “Dinamo”nun futbol akademiyasında 5 əsas standartdan istifadə edirdik. 1-cisi məşqçilərin inkişaf sistemi – burda əsas məsələ akademiyada məşqçilərimizin təkmilləşdirmə kurslarında biliklərinin artırılmasıdır. Burda mühazirələr də daxil olmaqla müxtəlif vasitələrdən istifadə olunur. Bizim birgə layihəmizin tərkib hissəsi olaraq “Dinamo”nun akademiyasından məşqçilər və mütəxəsislər gələrək burda bizim məşqçilərə mühazirələr oxuyurlar. Həmçinin məşqçilərimizin Zaqrebə gedərək “Dinamo”nun akademiyasında treyninqlərdə iştirak etməsi və akademiya ilə tanışlıq da nəzərdə tutulub. Əlbəttə ki, koronavirus pandemiyası bizim işlərimizə az da olsa, mane olur. İkincisi – biz skautinq sistemi üzrə də əməkdaşlıq edirik. Azərbaycanda gənc istedadların üzə çıxarılmasını təmin etmək üçün “Sabah”ın skautinq sistemini yaratmağı hədəfləyirik. Bu məsələdə də “Dinamo”nun təcrübəsindən istifadə edirik. 3-cüsü – bizim üzərində çalışdığımız digər məsələ oyunçuların fəlsəfəsidir. İlk olaraq aşağı yaş qruplarından başlayaraq tədricən böyük yaş qruplarında çıxış edən oyunçulara bunu aşılamaq məşqçilər üçün əsas standartlardandır. 4-cüsü məşqlərin metodikasını təkmiləşdirmək məsələsidir. Arxada gördüyünüz kimi məşqlərin və oyunların metodikasını tətbiq etməklər futbolçuların daha yaxşı üsulla məşq etməsini təmin etməkdir. Biz bunu hər həftə edirik. 5-cisi isə oyunçuların məşqlərinin fərdiləşdirilməsi. Bunun çox önəmli olduğunu düşünürük. Məşqlərin fərdiləşdirilməsindən əldə etdiyimiz üstünlükləri komandada tətbiq edəcəyik. Bu layihənin ilk hissəsi olan məşqçilərin tədrisi məsələsi təəssüf ki, koronavirus pandemiyasına görə bəzi ideyalarımızı həyata keçirə bilmirik. Lakin bu pandemiya bitdikdən sonra bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əlbəttə ki, koronavirus pandemiyası dövründə bütün klublar və federasiyalar ciddi problemlərlə üzləşdirlər, lakin maraqlısı odur ki, biz işimizi dayandırmadıq və görüləcək işlərimizi bu pandemiya dövrünə uyğunlaşdırmağa çalışdıq. Və bunu bir qədər fərqli üsulla etməyə çalışdıq.

Əməkdaşlığımızın müddəti barədə onu deyə bilərəm ki, bu bir qədər uzunmüddətli olmalıdır. Çünki, bəzi dəyişiklikləri etmək elə də asan deyil. Bu 1, 2, 3 il və daha çox davam edə bilər. İstənilən halda bu layihə başa çatdıqdan sonra ümid edirəm ki, daha təkmilləşmiş məşqçilər, futbolçular və akademiya görə biləcəyik. Çünki, insan resursları və keyfiyyəti bu işdə olduqca önəmlidir. “Sabah” futbol klubu malik olduğu şəraitə uyğun olaraq söhbət açdığımız işlər üzrə maksimum səylə çalışır.

Gördüyünüz kimi, bizim məşqlər təbii ot örtüklü meydançalarda da keçirilir. Futbol ümumiyyətlə təbii ot örtükdə oynanılan idman növüdür. Futbol – özü bu təbii ot örtüyüdür və müəyyən olunmuş ölçülü meydançalardır. Digər amillər futbolun keyfiyyətini aşağı salır. Və çox şadam ki, klub bizim üçün, oyunçular üçün maksimum şərait yaradır ki, onlar inkişaf edə bilsinlər”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?